Alimlər CO2 qazının qida məhsullarına çevrilməsi üsulunu təklif ediblər

Alimlər CO2 qazının qida məhsullarına çevrilməsi üsulunu təklif ediblər

Süni zəka və Elm
04.05.2023 PAYLAŞIM

    Münhen Texniki Universitetinin alimləri CO2 qazının daha bir təkrar emal üsulunu fikirləşiblər. Belə ki, alimlər CO2 qazından qida zülalının yaradılmasını təklif ediblər. Alimlərin fikirlərinə əsasən bu üsul ilə insanları qida məhsulları ilə təmin etmək mümkün olacaq. Kənd təsərrüfatı heyvanlarının yemlərində və eləcə də insanların qidalarında istifadə edilən süni zülalın istehsalı üçün bəzi amin turşularına ehtiyac duyulur. Alman alimlər L-alanin adlı amin turşusunun sintezi üçün nəzərdə tutulmuş biokimyəvi reaksiyanı fikirləşiblər. Onlar həmçinin digər amin turşularının sintezləri üçün nəzərdə tutulmuş kimyəvi reaksiyaları da formalaşdırmağı hədəfləyiblər.

    Nəticədə alimlər CO2 qazı vasitəsilə zülalları sintez edə biləcəklər. L-alanin adlı amin turşusunun sintezi üçün olan biokimyəvi reaksiyanın əsasında metanol dayanır. Lakin söhbət, adi metanoldan getmir. Bu cür biokimyəvi reaksiyada bərpa edilən enerji mənbələri vasitəsilə CO2-dən əldə edilmiş “yaşıl” metanol istifadə edilir. Proses çərçivəsində metanol sadəcə aralıq məhsul kimi istifadə edilir. Belə ki, CO2 qazından birbaşa amin turşusunu sintez etmək mümkün deyil. CO2-dən metanolun əldə edilməsindən sonra alimlər sintetik fermentlərdən istifadə edərək metanol vasitəsilə bir neçə kimyəvi reaksiyanı işə salırlar.


    Nəticədə qida zülalının sintezi üçün yararlı olan amin turşuisu əldə edilir. Əldə edilmiş amin turşusunun təbii şəkildə sintezi üçün isə torpaq, insanlar və uzun müddət ərzində becərmə bacarıqları lazımdır. Məlumatda qeyd edilib ki, amin turşularının və zülalların sintetik şəkildə istehsal prosesləri çərçivəsində bərpa edilən enerji mənbələrindən istifadə halında ətraf mühitə heç bir zərər yetirilmir. Alimlər tərəfindən təklif olunan bu həll üsulu Yer kürəsinin çoxalmaqda olan əhalisi ilə istehsal edilən qida məhsulları arasında problemi aradan qaldırmağa yardımçı ola bilər.



DAHA ÇOX


Virtual testlərdə süni zəka hərbi obyekti məhv etməyi qadağan etmiş operatora hü..

İT sahənin müxtəlif mütəxəssisləri potensial təhlükələrdən yayınmaq üçün hələ bir neçə müddət bundan..


Süni zəka keçən ay təkcə ABŞ-da 3900 nəfər işçinin ixtisarına səbəb olub..

İT sahənin mütəxəssisləri son zamanlardan dəfələrlə qeyd edirlər ki, süni zəka sistemlərinin inkişaf..


Yeni tədqiqata əsasən qalaktikamızda həyat üçün münbit şəraitə sahib yüz milyonl..

Alimlər Gaia və Kepler teleskopları vasitəsilə əldə edilmiş məlumatları analiz edərək bu cür nəticəy..


Qədim qalaktikada yeni ulduzların formalaşmasını dayandırmış super kütləli qara ..

Alimlər James Webb kosmik teleskopundan istifadə edərək GS-9209 adlı qədim qalaktikada yeni nəhəng q..


Süni zəka üzrə aparıcı mütəxəssislər öz məhsullarını nüvə silahı səviyyəsində tə..

OpenAI, Google DeepMind, Anthropic və süni zəka sahəsində faəliyyət göstərən digər şirkətlərin rəhbə..


BMT növbəti 5 il ərzində olacaq ekstremal temperatur yüksəlişi barəsində xəbərda..

BMT-nin yeni hesabatındakı proqnozlara əsasən qlobal temperaturun yüksəlməsi 66%-lik ehtimal ilə tem..

×