Alimlər havadan elektrik enerjisi əldə etməyi öyrəniblər

Alimlər havadan elektrik enerjisi əldə etməyi öyrəniblər

Süni zəka və Elm
09.03.2023 PAYLAŞIM

    Avstraliyadan olan alimlər atmosferdəki hidrogeni elektrik enerjisinə çevirən fermenti əldə edə biliblər. Sözügedən ferment buzlaqlarda və termal su mənbələrində sağ qalmağı bacaran bakteriyalardan əldə edilib. Əldə edilmiş fermentin həssaslığı o qədər yüksəkdir ki, o, atmosferdə hətta ən kiçik miqdarda hidrogeni belə uda bilir. Gələcəkdə onun sayəsində elektron cihazları elektrik enerjisi ilə təmin etmək mümkün olacaq. Qeyd etmək lazımdır ki, Avstraliyadan olan alimlər tərəfindən kəşf edilmiş ferment yalnız hidrogendən enerji əldə edir. Yəni bu halda oksigen toxunulmaz olaraq qalır.

    Alimləri artıq uzun müddət maraqlandıran fakt ondan ibarətdir ki, bəzi bakteriyalar ekstremal aşağı və yuxarı temperatur şəraitində yaşaya bilirlər. Bu cür bakteriyalardan birinin müşahidəsi isə öz növbəsində Huc adlı fermentin kəşf edilməsinə gətirib çıxarıb. Məlum olub ki, sözügedən ferment hətta adi havada olan 0.00005% miqdarında hidrogeni də uda bilir. Elmə məlum olan digər fermentlər ilə katalizatorlardan heç biri bu cür az miqdarda hidrogen ilə reaksiyaya girə bilmir.


    Alimlər fermentin hidrogen ilə qarşılıqlı əlaqə mexanizmini detallı şəkildə analiz edəndən sonra bakteriyalardan tədqiqatlar üçün həmin fermentin lazımi miqdarda əldə edilməsini öyrəniblər. Bundan əlavə olaraq məlum olub ki, əldə edilmiş Huc adlı ferment çox dözümlüdür və onu donmuş vəziyyətdə saxlamaq olar. Fermentlər əsasında enerji mənbələrinin istehsalı prosesində isə bu cür özəllik üstünlük hesab edilir. Lakin alimlər hələ ki, bu fermentin kütləvi istehsalını necə reallaşdırmaq lazım olduğunu və onun əsasında hansı enerji elementinin ola biləcəyini bilmirlər. Mütəxəssislər bu suallara tədqiqatın növbəti mərhələlərində cavab tapmağa ümid edirlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Süni zəka əsaslı ChatGPT çat-botu öz yaradıcılarından qaçış planını tərtib edib..

Süni zəka əsaslı ChatGPT çat-botu yenidən təəccübləndirməyə davam edir. Görünür, bu dəfə çat-bot öz ..


OpenAI şirkəti süni zəka əsaslı GPT-4 dil modelini qapalı edib

Şirkət rəhbərliyi öz növbəsində bunun səbəbini açıqlayıb.


GPT-4 əsaslı çat-bot müəyyən tapşırığı yerinə yetirmək üçün özünü insan kimi qəl..

Yenicə təqdim edilmiş süni zəka əsaslı GPT-4 dil modelinin tərtibatçıları sözügedən dil modeli əsası..


James Webb kosmik teleskopu supernovaya çevrilmə prosesində olan ulduzun fotosun..

NASA WR 124 adlı ulduzun James Webb kosmik teleskopu tərəfindən çəkilmiş fotosunu sərgiləyib...


Fotoların tərtib edilməsi üçün olan Midjourney neyron şəbəkəsinin yeni versiyası..

Mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsini reallaşdıran ən məşhur neyron şəbəkəl..


Google tibbi suallara daha ətraflı və düzgün cavab verə bilən süni zəka sistemin..

Hər il keçirilən The Check Up adlı tədbir çərçivəsində Google şirkəti səhiyyə sahəsində maraqlı təşə..

×