Alimlər insanın immun sisteminin çəkisini hesablayıblar
Süni İntellekt
04.11.2023
Emil Nəcəfov
Veysman İnstitutunun mütəxəssisləri orta statistik insanın immun sisteminin bütün hüceyrələrinin siyahıyaalma prosesini reallaşdırıblar. Əldə edilmiş məlumatlar əsasında onlar belə nəticəyə gəliblər ki, orta statistik insanın immun sistemi çəki baxımından standart ananasın çəkisi ilə eynidir. İmmun sistemi özündə çoxlu sayda müxtəlif hüceyrəni birləşdirir və həmin hüceyrələr orqanizmdə vacib funksiyaları yerinə yetirirlər. Məsələn limfositlər virusların və digər patogenlərin neytrallaşdırılması üçün nəzərdə tutulmuş antisicmləri ifraz edirlər. İmmun sisteminə daxil olan mastositlər orqanizmin bu və ya digər zədələnməyə olan iltihab reaksiyası cavabının idarəsindən cavabdehdirlər.
Bununla yanaşı sədd rolunu oynayan dəri hüceyrələri var və onları da immun sisteminə daxil etmək olar. Bəzi tədqiqatçıların sözlərinə əsasən immun hüceyrələrinin 40%-nin limfositlərdən təşkil olunmasına baxmayaraq orqanizm çərçivəsində özündə ən çox qorunma hüceyrələrini birləşdirən sahə mədə-bağırsaq traktıdır. Limfositlər orqanizmdə mövcud ən kiçik hüceyrələrdən biri olduqları üçün onlar immun sisteminin ümumi kütləsinin yalnız 15%-ni təşkil edirlər. Sümük iliyində formalaşan və bakteriyaların udulması ilə məşğul olan neytrofillər immun hüceyrələrinin 40%-ni və immun sisteminin ümumi kütləsinin 15%-ni təşkil edirlər.
Nəticədə alimlər belə qənaətə gəliblər ki, 20 yaşdan 30 yaşa kimi olan kişinin immun sistemində 1.8 trilyon hüceyrə mövcuddur. Bu isə təqribi olaraq 1.2 kq çəkiyə bərabərdir. 20 yaşdan 30 yaşa kimi olan qadının immun sistemində isə təqribi olaraq 1.5 trilyon hüceyrə mövcuddur. Bu isə təqribi olaraq 1 kq çəkiyə bərabərdir. 10 yaşlı uşağın immun sistemində 1 trilyon hüceyrə mövcuddur və bu, təqribi olaraq 600 qramm çəkiyə bərabərdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yer kürəsinin nüvəsində digər planetin qalıqları yerləşmiş ola bilər
Yer kürəsinin nüvəsində digər planetin qalıqları yerləşmiş ola bilər
Çin Elmlər Akademiyasının alimləri iddia edirlər ki, onlar Yer kürəsinin nüvəsində digər planetin qalıqlarının qaldığı fərziyyəsinin yeni sübutlarını aşkar ediblər.
Ayın yaşı daha öncə düşünüldüyündən daha çox imiş
Ayın yaşı daha öncə düşünüldüyündən daha çox imiş
NASA Ay səthindən Yer kürəsinə çatdırılmış çoxlu sayda nümunəni öz anbarlarında möhürlü şəkildə saxlayır.
Yupiterin peyki İonun keyfiyyətli fotoları çəkilib
Yupiterin peyki İonun keyfiyyətli fotoları çəkilib
NASA-nın Juno adlı kosmik aparatı Yupiter sistemlərinin müşahidə edilməsi üzrə əsas missiyasının yerinə yetirilməsindən uzun illər sonra yenə də uğurlu şəkildə fəaliyyətini davam etdirir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!