Autodesk World Labs-ə 200 milyon dollar yatırdı
Süni İntellekt
18.02.2026
Ilhama
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, World Labs qurucusu süni intellekt tədqiqatçısı Fei-Fei Li olan startap proqram təminatı nəhəngi Autodesk tərəfindən 200 milyon dollar investisiya alıb.
Bu investisiya daha geniş maliyyələşdirmə raundunun bir hissəsidir. Qeyd edək ki, World Labs 2024-cü ildə “stealth” rejimindən çıxarkən 230 milyon dollar vəsait toplamış və 1 milyard dollar dəyərləndirmə əldə etmişdi. Hazırda şirkətin 5 milyard dollar dəyərləndirmə ilə yeni investisiya raundu apardığı bildirilir. World Labs-in əsas məhsulu olan Marble istifadəçilərə redaktə edilə bilən və yüklənə bilən 3D mühitlər yaratmağa imkan verir. Bu sistemlər təkcə şəkil yaratmır, həm də mühitin geometriyasını, fizikasını və dinamikasını anlayaraq üçölçülü dünyalar qurur.
Autodesk isə memarlıq, mühəndislik, tikinti, istehsalat və əyləncə sektorlarında istifadə olunan 3D CAD (kompüter dəstəklı dizayn) proqramlarının aparıcı istehsalçılarındandır. Şirkət artıq “neural CAD” adlı yeni nəsil generativ model üzərində işləyir. Bu model sadəcə vizual görüntü deyil, real dünyada işlək olan 3D obyekt və sistemlər yarada bilir.
Paylaş