Logo
    main-post-cover

    Avstraliyada 28 milyard dollarlıq süni intellekt məlumat mərkəzi tikilə bilər

        Sinqapur mənşəli Energy North şirkəti Avstraliyanın Şimal Ərazisində yerləşən Murranji Station bölgəsində ölkənin və Cənub yarımkürəsinin ən böyük süni intellekt məlumat mərkəzlərindən birini inşa etməyi planlaşdırır. Project Ares adlanan layihənin ümumi dəyərinin təxminən 28 milyard ABŞ dolları olacağı bildirilir. Layihənin ilk mərhələsinə təxminən 11,9 milyard Avstraliya dolları sərmayə yatırılması nəzərdə tutulur. Bu mərhələdə ümumi hesablama gücü 1 giqavat olacaq, gələcəkdə isə məlumat mərkəzinin gücü 5 giqavatdan çox səviyyəyə qədər artırıla bilər.
    What Is an AI Data Center? | IBM
        Məlumat mərkəzi ölkənin elektrik şəbəkəsinə qoşulmayacaq və enerjisini əsasən 1038 MVt gücündə qaz elektrik stansiyası, 3 GVt gücündə günəş panelləri16 GVt/saat tutumlu batareya sistemlərindən alacaq. Şirkət qazdan yalnız keçid dövründə istifadə etməyi, gələcəkdə isə bərpa olunan enerji mənbələrinin payını artırmağı planlaşdırdığını açıqlayıb. Layihənin yerləşəcəyi ərazi Avstraliyanın zəngin təbii qaz ehtiyatlarına malik Beetaloo hövzəsinin yaxınlığında yerləşir. Bu səbəbdən qazın birbaşa yerində istehlakı həm enerji təminatını asanlaşdırır, həm də elektrik şəbəkəsindən asılılığı aradan qaldırır.
        Hazırda layihə Avstraliyanın ətraf mühit qurumları tərəfindən qiymətləndirilir və ictimai müzakirəyə çıxarılıb. Tikintiyə başlamaq üçün bütün ekoloji və federal icazələrin alınması tələb olunur. Şirkət yekun investisiya qərarını icazələrdən sonra 12–18 ay ərzində verməyi, ilk mərhələni isə bundan sonrakı 12–18 ay ərzində tamamlamağı planlaşdırır. Son illərdə süni intellekt xidmətlərinə artan tələbat səbəbindən məlumat mərkəzlərinə ehtiyac sürətlə yüksəlir. Elektrik şəbəkələrinin imkanlarının məhdudlaşması isə iri texnologiya şirkətlərini öz enerji mənbələrinə malik, şəbəkədən kənar məlumat mərkəzləri qurmağa sövq edir.
    Paylaş