Bu il CO2 tullantılarının həcmi rekord həddə çatacaq

Bu il CO2 tullantılarının həcmi rekord həddə çatacaq

Süni zəka və Elm
11.11.2022 PAYLAŞIM

    Verilmiş məlumata əsasən kömür, neft və qazdan istifadə göstəricilərinin yüksəlməsi səbəbilə bu ilin yekun nəticələrinə əsasən CO2 tullantılarının həcmi rekord həddə çatacaq. Məlumatda qeyd edilib ki, pandemiya çərçivəsində müəyyən müddət ərzində durğunluq yaşamış dünya iqtisadiyyatının yenidən yavaş-yavaş dirçəlməsi də CO2 tullantılarının həcmini yüksəldib. Bu barədə məlumatı Global Carbon Project adlı təşkilat öz yeni hesabatında təqdim edib. Aparılmış tədqiqatlara əsasən bu il üzrə CO2 tullantılarının həcmi 1% artaraq 37.5 milyard ton təşkil edəcək.

    CO2 tullantıları daha çox ABŞ ilə Hindistanda müşahidə edilir. Belə ki, koronavirus pandemiyası ilə əlaqədar olan məhdudiyyətlərdən sonra məhz bu ölkələrdə iqtisadi aktivlik və hava daşınmaları miqyası sürətlə genişlənib. Alimlər qeyd ediblər ki, 2016-cı ildən bu ilə kimi ilk dəfə olaraq Çində CO2 tullantıları 0.9% aşağı düşüb. Avropa Birliyi ölkələrində kömür istifadəsinin yüksəlməsi öz növbəsində təbii qazın istifadəsinin aşağı düşməsi ilə kompensasiya edilib. “2050-ci ildə tullantısız vəziyyətə çatmaq üçün hər il ümumi CO2 tullantılarını 1.4 milyard ton aşağı salmaq lazımdır” - deyə mütəxəssislər qeyd ediblər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Uğurlu karyera və parlaq gələcəyə əmin addımlarla!

Azercell-dən SOS Uşaq Kəndləri yetirmələrinin məşğulluğuna dəstək


Çin nüvə reaktoruna sahib Ay bazası inşa etməyi planlaşdırır

Çin Ayın incələnməsi və kəşfiyyatı mövzusunda ABŞ-dan geri qalmaq niyyətində deyil.


Orion kosmik gəmisi Artemis-1 missiyası çərçivəsində növbəti rekorduna imza atıb..

Keçən həftənin sonunda Orion kosmik gəmisi Artemis-1 missiyası çərçivəsində növbəti rekorduna imza a..


NASA: ‘İnsanlar artıq bu onilliyin sonuna kimi Ayda daimi şəkildə məskunlaşa bil..

NASA-nın Artemis adlı Ay proqramına rəhbərlik edən mütəxəssis Howard Hu-nun sözlərinə əsasən insanla..


Meta-nın elmi süni zəka sistemi istifadəyə veriləndən 48 saat sonra deaktiv edil..

Meta şirkətinin Meta AI şöbəsinin mühəndisləri Galactica adlı süni zəka sistemini yaradıblar...

×