Logo
    main-post-cover

    Character.AI-dan fərqli yenilik

        Character.AI əyləncə sahəsində yeni addım ataraq özünün ilk AI mikrodrama layihələrini təqdim edib. Şirkətin əsas fərqi isə yalnız qısa seriallar yayımlamaq deyil, izləyicilərə həmin serialların personajları ilə birbaşa ünsiyyət qurmaq imkanı yaratmasıdır. Yeni format çərçivəsində 18 yaşdan yuxarı istifadəçilər serial qəhrəmanlarına suallar verə, onlarla söhbət edə və hətta fərqli ssenarilər əsasında rol oyunu qura biləcəklər. Bu xüsusiyyət Character.AI-ın əsas məhsulu olan AI personaj texnologiyasını mikrodrama formatı ilə birləşdirir.
        Şirkət ilk mərhələdə üç fərqli mikrodrama təqdim edib. Bunlar romantik mövzulu "Last Summer", qorxu janrında hazırlanan "The Nighttime Game" və "Aclıq Oyunları"nı xatırladan sağqalma hekayəsi "Eden Fall" seriallarıdır. Character.AI bildirir ki, bu layihələr süni intellekt əsaslı istehsal alətləri vasitəsilə hazırlanıb. Şirkət gələcəkdə istifadəçilərin də öz AI personajlarını yaradaraq mikroseriallar hazırlamasına və onları qlobal auditoriya ilə paylaşmasına imkan verməyi planlaşdırır. Şirkətin sözçüsünün açıqlamasına görə, hazırda istehsal prosesi Character.AI komandası tərəfindən idarə olunur. Məqsəd əvvəlcə bu formatı təkmilləşdirmək, istifadəçi marağını öyrənmək və sonradan əldə edilən təcrübəni yaradıcı alətlərə çevirməkdir.
    Paylaş