Logo
    main-post-cover

    Character.ai yeniyetmələr üçün açıq söhbəti məhdudlaşdırır

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Character.ai yeniyetmələr arasında təhlükəsizliyi artırmaq və platformanı daha strukturlaşdırılmış formaya keçirmək üçün yeni “Stories” adlı vizual hekayə xüsusiyyətini istifadəyə verib. Şirkət həmçinin ABŞ-dən başlayaraq 24 noyabrdan etibarən 18 yaşadək istifadəçilər üçün açıq, sərbəst söhbət funksiyasını mərhələli şəkildə bağlamağa başlayıb.
    Character.AI stories
        Bu qərar 14 yaşlı bir gəncin platformadakı çatbotla uzun müddət ünsiyyətdən sonra intihar etməsi və ailəsinin Character.ai-ı lazımi təhlükəsizlik tədbirlərini görməməkdə günahlandıraraq məhkəməyə müraciət etməsindən sonra verilib. Açıq söhbət funksiyası tamamilə məhdudlaşdırılsa da, yeniyetmələr üçün Feed, Imagine, Avatar FX, Streams və indi də yeni “Stories” funksiyası əlçatan olaraq qalır.
    Paylaş