Logo
    main-post-cover

    Character.AI yeniyetmələrə görə kompensasiya ödəyə bilər

        Texnologiya sektorunda süni intellektlə bağlı ilk böyük hüquqi razılaşmalardan biri formalaşmaq üzrədir. Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, GoogleCharacter.AI çatbotlarla ünsiyyətdən sonra özünə zərər verən və ya intihar edən yeniyetmələrin ailələri ilə məhkəmə çəkişmələrini barışıq yolu ilə həll etməyə hazırlaşır. Tərəflər prinsipial olaraq razılığa gəlib, lakin kompensasiya və digər şərtlərin detalları hələ də müzakirə mərhələsindədir. Bu işlər süni intellekt şirkətlərinin istifadəçilərə vurduğu mümkün zərərə görə məsuliyyət daşıyıb-daşımaması ilə bağlı hüquqi presedent yarada bilər.
    Character.AI in Early Talks for Funding at More Than $5 Billion Valuation -  Bloomberg
        Character.AI 2021-ci ildə keçmiş Google mühəndisləri tərəfindən yaradılıb. Şirkətin təsisçiləri 2024-cü ildə 2,7 milyard dollarlıq razılaşma ilə yenidən Google-a qayıdıblar. Platforma istifadəçilərə müxtəlif süni intellekt “personajları” ilə söhbət etməyə imkan verir. Razılaşmaların maliyyə təzminatlarını əhatə edəcəyi gözlənilir, lakin indiyə qədər məhkəmə sənədlərində şirkətlərin günahı rəsmi şəkildə qəbul edilməyib. Bu prosesin OpenAIMeta kimi digər AI nəhəngləri üçün də ciddi hüquqi nəticələr doğura biləcəyi bildirilir.
    Paylaş