Logo
    main-post-cover

    ChatGPT üçün aylıq 100 dollarlıq yeni Pro abunəliyi təqdim olundu

       Technote.az “The Verge” platformasına istinadən bildirir ki, OpenAI ChatGPT üçün aylıq 100 dollar dəyərində yeni Pro abunə planını elan edib. Şirkətin açıqlamasına görə, bu yeni paket xüsusilə daha intensiv istifadə edənlər üçün nəzərdə tutulub və mövcud 20 dollarlıq Plus planı ilə müqayisədə Codex proqramlaşdırma alətindən təxminən 5 dəfə daha çox istifadə imkanı yaradır.
        Yeni Pro planı daha uzun və mürəkkəb kod yazma sessiyaları üçün uyğun hesab olunur. OpenAI bildirir ki, bu addım əsasən bazarda rəqabəti artırmaq məqsədi daşıyır və xüsusilə Anthropic şirkətinin eyni qiymətə təqdim etdiyi Claude Max planına alternativ olaraq hazırlanıb.
        Maraqlı məqamlardan biri isə odur ki, artıq “Pro” adı altında iki fərqli paket mövcuddur. Yeni təqdim edilən 100 dollarlıq plan bütün Pro funksiyalarına çıxış versə də, daha bahalı olan digər Pro paket daha yüksək istifadə limitləri ilə fərqlənir.
        Şirkət həmçinin vurğulayır ki, 20 dollarlıq Plus planı gündəlik istifadə üçün hələ də ən sərfəli seçim olaraq qalır. Bununla yanaşı, istifadəçilər üçün 8 dollarlıq Go planı və pulsuz versiya da mövcuddur.
    Paylaş