main-post-cover

    Çində neyron şəbəkələri oyun sənayesindəki rəssamlara tələbatı 70% aşağı salıb

    Süni İntellekt
    14.04.2023
    Farid Pardashunas
        Çinin oyun sənayesində rəssamlara tələbat 70% aşağı düşüb. Belə ki, Çindəki oyun şirkətlərinin çoxu təsvirlərin yaradılması məsələsində real rəssamlardan daha çox süni zəka texnologiyalarına üstünlük verir. Bu cür statistikanı Rest of World saytı oyun sənayesindəki şirkətlərdən birində yeni işçi namizədlərinin işə götürülməsi ilə məşğul olan Hangzhou Leo Lee-nin məlumatlarına istinadən təqdim edib. İş yerlərinin ixtisar edilməsi problemi barəsində həmçinin freelance rəssam Amber Yu da danışıb. Məlumatda qeyd edilib ki, daha öncə Amber Yu bir oyun posterinin hazırlanması sayəsində 430$-dan 1000$-a kimi gəlir əldə edirdi. Lakin son aylarda bu cür işlər artıq yoxdur.
        Belə ki, şirkətlərin əksəriyyəti süni zəka vasitəsilə saniyələr ərzində lazımi təsvirləri yarada bilirlər. Amber Yu isə öz növbəsində süni zəka vasitəsilə yaradılan təsvirlərin hazırlanmasına bir neçə gün vaxt sərf edə bilər. Yu-nun sözlərinə əsasən indi şirkətlərin çoxu ondan süni zəka vasitəsilə tərtib edilmiş təsvirlərə müəyyən düzəlişlərin edilməsini sifariş edir. Bu cür kiçik layihələr isə onun daha öncə əldə etmiş olduğu gəlirin 1/10 hissəsini təşkil edir. Çinin Tencent NetEase kimi nəhəng şirkətləri oyun personajlarının, reklam materiallarının və s. kimi kontentlərin yaradılmasında Midjourney, Stable Diffusion və digər neyron şəbəkələrindən aktiv şəkildə istifadə edirlər.
        Bu öz növbəsində şirkətlərə xərcləri azaltmağa və işi sürətləndirməyə imkan verir. “Daha əvvəllər 10 nəfərin görə bildiyi işi indi 2 nəfər görə bilir” - deyə rəssam Xu Yingying qeyd edib. Xu Yingying müstəqil incəsənət studiyasında çalışır və onun sözlərinə əsasən studiya bu il ərzində 15 dizaynerdən artıq 5-ni işdən azad edib. Xu-nun fikrincə bunun əsas səbəblərindən biri də süni zəka texnologiyalarının inteqrasiyasıdır. Amber Yu-nun fikrincə insanların onilliklər ərzində yaratmıış olduqları incəsənət əsərlərinin daxil olduqları geniş məlumatlar bazası əsasında təlimatlandırılmış alqoritmlərin hal hazırda real rəssamları əvəz etmələri ədalətsizdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər