Logo
    main-post-cover

    Deezer AI ilə yaradılan musiqilərə qarşı mübarizəni genişləndirir

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Deezer süni intellektlə tam şəkildə yaradılmış musiqilərlə mübarizəni genişləndirir. Şirkət ötən il istifadəyə verdiyi AI musiqi aşkarlama alətini indi digər musiqi platformalarının da istifadəsinə açır. Məqsəd süni intellekt və "fraudulent streams" probleminin qarşısını almaq, eyni zamanda musiqi sənayesində şəffaflığı artırmaq və real ifaçıların haqlarını qorumaqdır.
        Deezer-in açıqlamasına görə, platformada tam AI ilə yaradılmış treklərin 85 faizi fırıldaqçı dinləmələr hesab olunur. Hazırda Deezer hər gün təxminən 60 min AI musiqisi qəbul edir və ümumilikdə 13,4 milyon AI-generated trek sistem tərəfindən aşkarlanıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin iyununda AI ilə yaradılmış musiqilər gündəlik yükləmələrin 18 faizini təşkil edirdi və bu rəqəm 20 min trekdən çox idi.
        Şirkət bildirir ki, onun AI aşkarlama aləti SunoUdio kimi əsas generativ musiqi modelləri ilə yaradılan bütün trekləri müəyyən edə bilir. Deezer-in sözçüsünə görə, alətin dəqiqlik səviyyəsi 99,8 faizdir. Deezer-in baş icraçı direktoru Alexis Lanternier bildirib ki, bu texnologiyaya böyük maraq var və bir neçə şirkət artıq uğurlu testlər həyata keçirib. Onlardan biri Sacem-dir. Sacem 300 mindən çox musiqi yaradıcı və nəşriyyatçını təmsil edir. Bunların arasında David GuettaDJ Snake kimi məşhur adlar da var.
        Şirkət alətin qiyməti ilə bağlı detalları açıqlamayıb, lakin xərclərin əməkdaşlığın növündən asılı olaraq dəyişdiyini bildirib.
    Paylaş