Logo
    main-post-cover

    Deezer: Yüklənən mahnıların 44 %-i artıq süni intellektindir

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Deezer açıqlayıb ki, platformaya hər gün yüklənən yeni mahnıların 44 %-i artıq süni intellekt vasitəsilə yaradılır. Şirkətin məlumatına görə, gündəlik təxminən 75 min AI-mahnı əlavə olunur və aylıq bu rəqəm 2 milyonu keçir.
    Deezer reveal that 28 per cent of music uploaded to platform is fully AI -generated
        Buna baxmayaraq, AI ilə hazırlanmış musiqilərin dinlənmə payı hələ də çox aşağıdır. Deezer bildirir ki, bu tip mahnılar ümumi dinlənmələrin cəmi 1–3 %-ni təşkil edir. Üstəlik, həmin dinlənmələrin 85 %-i saxta (fraud) kimi müəyyən edilir və monetizasiyadan çıxarılır. Şirkətin açıqladığı statistikalar AI musiqinin sürətlə artdığını göstərir. Belə ki, platforma yanvar ayında gündə 60 min AI mahnı qəbul edirdisə, bu rəqəm noyabrda 50 min, sentyabrda 30 min, 2025-ci ilin əvvəlində isə cəmi 10 min idi. Deezer AI musiqini aşkar edən texnologiyanı ilk dəfə məhz 2025-ci ilin yanvarında tətbiq etmişdi.
        Platformada AI kimi işarələnən mahnılar avtomatik olaraq tövsiyə alqoritmlərindən çıxarılır və redaksiya pleylistlərinə daxil edilmir. Bundan əlavə, Deezer artıq bu tip mahnıların yüksək keyfiyyətli versiyalarını saxlamayacağını da elan edib. Maraqlıdır ki, AI musiqinin istifadəsi artsa da, istifadəçilər üçün fərqləndirmək hələ də çətindir. 
    Paylaş