Logo
    main-post-cover

    Çində dünyanın ilk süni intellekt xəstəxanası açılıb!

    Süni İntellekt
    30.05.2024
    Aslan

         Çində açılan dünyanın ilk süni intellekt xəstəxanası, tamamilə süni intellekt həkimləri tərəfindən idarə olunur və gündəlik 3 min xəstəyə xidmət göstərir.

         Pekindəki Tsinghua Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış bu xəstəxana "Agent Hospital" olaraq adlanır. Xəstəxana 6 aylıq intensiv tədqiqat və inkişafdan sonra istifadəyə hazır hala gəlib. Tədqiqat qrupunun rəhbəri Liu Yang, bu süni intellekt xəstəxanasının həm səhiyyə işçiləri, həm də geniş ictimaiyyət üçün böyük faydalar təmin edəcəyini bildirir. Liu-nun sözlərinə görə, süni intellekt həkimləri sayəsində səhiyyə daha sürətli, effektiv və əlçatan olacaq. Bəs bu süni intellektli həkimlər nə edə bilər? Belə ki, bu həkimlər ABŞ Tibbi Lisenziyalaşdırma İmtahanı suallarına əsaslanan MedQA verilənlər bazasında sınaqda 93.06% müvəffəqiyyət dərəcəsi əldə ediblər. Deməli, onlar əsl həkimlərdən demək olar ki, fərqlənmirlər.
         Başda tənəffüs xəstəlikləri olmaqla bir çox xəstəliyin diaqnoz və müalicəsini simulyasiya edə bilən bu süni intellektli həkimlər, bütün konsultasiya, müayinə, diaqnostika, müalicə və təqib proseslərini öz üzərinə götürə bilirlər. Onlar həmçinin bilikləri bölüşmək və rolları genişləndirmək bacarığı ilə tibb tələbələri üçün böyük bir təhsil fürsəti təqdim edirlər. Bu xəstəxana tibb fakültəsi tələbələri üçün də gözəl imkanlar təqdim edir. Gerçək xəstələrə zərər vermək qorxusu olmadan müalicə planlarını tövsiyə etmək bacarığı tələbələrə praktika etməyə və təcrübə qazanmağa imkan verəcək. Liu Yang-ın sözlərinə görə, bu yolla “yüksək ixtisaslı həkimlər” yetişəcək. Bundan əlavə, süni intellektli həkimlər sayəsində onlayn teletibb xidmətləri təklif ediləcək və bu həkimlər minlərlə, hətta milyonlarla müraciətə baxa biləcəklər. Süni intellekt texnologiyası həm də əhali üçün yüksək keyfiyyətli, sərfəli və əlçatan səhiyyə xidmətləri göstərməyi hədəfləyir.
    Paylaş
    Bənzər xəbərlər
    cin-kosmosa-sirli-bir-obyekt-buraxan-zaman-goruntulenib
    Digər

    Çin, kosmosa sirli bir obyekt buraxan zaman görüntülənib!

    Çinin kosmosa sirli bir obyekt buraxan kosmos təyyarəsi aktual müzakirə mövzusuna çevrilib. Bəs Çinin məqsədi nədir, kosmosda nə etməyi planlaşdırır?
    openai-novbeti-suni-zeka-modelinin-telimatlandirilmasi-prosesine-start-verib
    Süni İntellekt

    OpenAI növbəti süni zəka modelinin təlimatlandırılması prosesinə start verib

    OpenAI şirkəti GPT-4-ü əvəz edəcək növbəti süni zəka modelinin təlimatlandırılması prosesinə start verildiyini elan edib. Şirkət öz bloqunda bildirib ki, növbəti süni zəka modeli insan beyni bacarıqlarına sahib ola biləcək ümumi süni zəkanın (AGI) yaradılması yolunda daha üst səviyyəli imkanları əldə edəcək.
    elon-mask-suni-intellekt-ucun-xususi-superkomputer-quracaq
    Süni İntellekt

    Elon Musk, süni intellekt üçün xüsusi superkompüter quracaq!

    xAI-nin superkompüter layihəsi ortaya çıxıb. Elon Musk, şirkətin süni intellektini dəstəkləməsi üçün investorlar axtarışındadır.
    chatgpt-nin-proqramlasdirma-baresindeki-cavablarinin-52-i-sehvdir
    Süni İntellekt

    ChatGPT-nin proqramlaşdırma barəsindəki cavablarının 52%-i səhvdir

    Son zamanlarda süni zəka texnologiyaları ətrafında olan səs-küy səbəbilə proqramçılar proqram təminatı kodlarının yazılması mövzusunda çox zaman ChatGPT kimi süni zəka əsaslı çat-botlara müraciət etməyə başlayıblar.
    google-a-gore-pendiri-pizzaya-yapisdirmaq-ucun-yapisqandan-istifade-ede-bilersiniz
    Süni İntellekt

    Google-a görə, "pendiri pizzaya yapışdırmaq" üçün yapışqandan istifadə edə bilərsiniz!

    Google, bir müddət əvvəl yeni axtarış funksiyası olan AI Overviews-u təqdim etmişdi. İndi isə Google-un yeni süni intellekt dəstəkli axtarış funksiyasına əsasən, pendiri pizzaya yapışdırmaq üçün yapışqandan istifadə edə bilərsiniz.