main-post-cover

    Erkən kainatda Süd Yolu qalaktikasının kiçik ölçülü kopyası aşkar edilib

    Süni İntellekt
    13.11.2023
    Farid Pardashunas
         James Webb kosmik teleskopu hələ elmi açıqlaması olmayan heyrətləndirici məlumatları təqdim etməyə davam edir.  Bu dəfə kosmik teleskop Böyük partlayışdan cəmi 2 milyard il sonra formalaşmış və strukturuna görə Süd Yoluna bənzəyən qalaktikanı kəşf edib. Məsələ burasındadır ki, Böyük partlayışdan bu qədər müddət sonra spiral formalı qalaktikanın formalaşması qeyri-mümkündür. Belə ki, bu cür spiral qalaktika belə ideal formaya kimi 2 milyard il ərzində inkişaf edə bilməzdi. James Webb tərəfindən əldə edilmiş təsvirlərin analiz edilməsindən sonra alimlər qalaktikaya bənzəyən duman ləkəsi aşkar ediblər. Daha sonra alimlər məlumatları Hubble teleskopu vasitəsilə yenidən analiz ediblər.
         Məlum olub ki, duman ləkəsi əslində spiral formalı qalaktikadır. Sözügedən qalaktikaya ceers-2112 identifikatoru verilib. Aparılmış müşahidələr onu göstərib ki, ceers-2112 qalaktikası Böyük partlayışdan 2 milyard il sonra formalaşıb. Əldə edilmiş fotolarda sözügedən qalaktika Süd Yolu qalaktikasının kiçildilmiş kopyasına bənzəyir. Sözügedən qalaktika bara (qalaktik diskdə ulduzlardan və qazdan ibarət uzunsov struktur) sahib spiral qalaktikalara xas olan özəllikləri özündə birləşdirir. Bara sahib spiral formalı qalaktikalarda çoxlu sayda parlaq ulduzdan təşkil edilmiş qalaktik qollar qalaktikanın mərkəzindən başlayaraq düz şəkildə uzanırlar və daha sonra spiral formanı əldə edirlər. Erkən kainatın xaosunda isə bu cür qalaktik qollar formalaşa bilməzdilər. James Webb kosmik teleskopu sözün əsl mənasında bizim kainat ilə bağlı anlayışımızın sərhədini daha da genişləndirməyi bacarıb. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Böyük partlayışdan 500 milyon il sonra formalaşmış super kütləli qara dəlik kəşf edilib
    boyuk-partlayisdan-500-milyon-il-sonra-formalasmis-super-kutleli-qara-delik-kesf-edilib
    Alimlər insanın immun sisteminin çəkisini hesablayıblar
    alimler-insanin-immun-sisteminin-cekisini-hesablayiblar
    Yer kürəsinin nüvəsində digər planetin qalıqları yerləşmiş ola bilər
    yer-kuresinin-nuvesinde-diger-planetin-qaliqlari-yerlesmis-ola-biler
    Ayın yaşı daha öncə düşünüldüyündən daha çox imiş
    ayin-yasi-daha-once-dusunulduyunden-daha-cox-imis
    Yupiterin peyki İonun keyfiyyətli fotoları çəkilib
    yupiterin-peyki-ionun-keyfiyyetli-fotolari-cekilib