Google Doppl-a AI ilə alış-veriş lenti əlavə edib
Süni İntellekt
09.12.2025
Sevinc
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Google istifadəçilərin üzərində müxtəlif geyimlərin necə görünəcəyini süni intellektlə göstərən eksperimental tətbiqi Doppl üçün yeni alış-veriş yönümlü kəşf lentini təqdim etdiyini açıqlayıb. Bu yeni funksiya istifadəçiyə fərdi zövqünə uyğun tövsiyələri, eləcə də birbaşa alış linkləri olan məhsulları vizual şəkildə göstərir.
Yeni kəşf lentindəki videolar tamamilə AI tərəfindən yaradılır. Burada real məhsulların AI formatlı videoları göstərilir və tətbiq, sizin Doppl içində seçdiyiniz üslub və qarşılıqlı fəaliyyətlərinizə əsaslanaraq fərdi obrazlar və kombinlər təklif edir.
Google bu yeniliyi həm istifadəyə uyğun yeni alış-veriş modeli kimi görür, həm də Amazon və sosial media platformalarının gücləndiyi bir dövrdə e-ticarətdə yenidən mövqe qazanmaq üçün bir imkan hesab edir.
Paylaş