
Google foto tərtibatı üçün Imagen 3 adlı ən güclü süni zəka sistemini təqdim edib
Süni İntellekt
15.05.2024
Emil
Google şirkəti hal-hazırda keçirilən Google I/O 2024 konfransı çərçivəsində özünün fotoların tərtibatı üçün nəzərdə tutulmuş ən güclü süni zəka sistemini təqdim edib. Söhbət, Imagen 3-dən gedir. Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind laboratoriyasının rəhbəri Demis Hassabis sözügedən sistemin təqdimatı zamanı bildirib ki, Imagen 2-dən fərqli olaraq Imagen 3 istifadəçi sorğularını daha yaxşı başa düşür.

Bununla yanaşı o, qeyd edib ki, Imagen 3 daha kreativ və daha detallı şəkildə çalışır və daha az hallarda səhvlərə yol verir. Məlumatda qeyd edilib ki, Imagen 3 vasitəsilə fotoların tərtibatı zamanı üstəlik SynthID adlı texnologiya da işə düşəcək. Bu texnologiya tərtib edilən fotolara görünməz kriptoqrafik işarələrin əlavə edilməsi üçün nəzərdə tutulub. Bu isə öz növbəsində Imagen 3 vasitəsilə deepfake-lərin yaradılması hallarını aradan qaldırmalıdır. İstifadəçilər Imagen 3-dən istifadə abunəliyini Google ImageFX servisi üzərindən əldə edə bilərlər.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
