Google Gemini 3-ü təqdim edib
Süni İntellekt
19.11.2025
Sevinc
Google ilk dəfə olaraq özünün ən güclü modeli olan Gemini 3 Pro-nu təqdimatın ilk günündən etibarən birbaşa Gemini tətbiqində hər kəs üçün əlçatan edib. Model həmçinin axtarış sistemində də Google AI Pro və Ultra abunəçilərinə təqdim olunur. Google DeepMind məhsul rəhbəri Tulsee Doshi deyir ki, yeni model şirkəti “məlumatı universal şəkildə əlçatan və faydalı etmək” məqsədinə daha da yaxınlaşdırır.
Tam multimodal model: mətn, şəkil və səsi eyni anda emal edir
Gemini 3 Pro “nativ multimodal” modeldir. Yəni mətn, şəkil və audio məlumatını bir-birindən ayrı yox, eyni anda emal edir. Google-un verdiyi nümunələr arasında:
- resept şəkillərini tərcümə edib onlardan rəqəmsal kulinariya kitabı yaratmaq,
- video dərsliklər əsasında interaktiv fləşkartlar hazırlamaq kimi imkanlar var.
Yeni model Google məhsullarında bir sıra yeniliklər gətirir:
- Gemini tətbiqində Canvas vasitəsilə “tam funksional” proqramlar yaratmaq,
- Gemini Labs-da sınaqdan keçirilən “generativ interfeyslər”: vizuallarla zəngin jurnal üslublu səhifələr və ya xüsusi dizaynlı UI-lar yaratmaq,
- AI Mode (AI dəstəkli Google Search) vasitəsilə sorğular üçün şəkillər, cədvəllər, simulyasiyalar və grid-lərlə vizual cavablar təqdim etmək.
Google ayrıca bildirir ki, sorğuların axtarış hissəsini optimallaşdıran “query fan-out” texnikası təkmilləşdirilib və artıq istifadəçinin niyyətini daha dəqiq anlayaraq əvvəllər tapılmayan məzmunu belə aşkarlaya bilir.
Yeni modeldə eyni zamanda:
- uzunmüddətli planlama,
- çoxaddımlı tapşırıqların yerinə yetirilməsi,
- məntiqi təhlil kimi bacarıqlar xeyli gücləndirilib.
Paylaş