
Google Gemini bir çox göstəricilər üzrə OpenAI GPT-3.5 Turbo-dan geridə qalır
Süni İntellekt
21.12.2023
Emil
Karnegi Mellon Universitetinin və BerriAI adlı şirkətin mütəxəssislərinin aparmış olduqları tədqiqata əsasən Google şirkətinin Gemini adlı süni zəka modeli bir çox göstəricilər üzrə OpenAI şirkətinin GPT-3.5 Turbo süni zəka modelindən geridə qalır. Bu süni zəka modellərindən hansının daha effektivli olduğunu təyin etmək üçün mütəxəssislər onları müxtəlif tapşırıqların yerinə yetirilməsində istifadə ediblər. Məlum olub ki, Gemini Pro süni zəka modeli GPT-3.5 Turbo ilə müqayisədə daha aşağı nəticələr sərgiləyib. Mütəxəssislər qeyd ediblər ki, Google şirkətinin süni zəka modeli riyaziyyat, proqramlaşdırma və uzun qəliz sorğuların emalı mövzularında ən aşağı nəticələri sərgiləyib. Bununla belə Gemini sözlərin çeşidlənməsi, simvollarla çalışma və mətnlərin tərcüməsi mövzularında olduqca yaxşı nəticələr göstərib. Bununla belə ümumi göstəricilər baxımından o, GPT-3.5 Turbo-dan geridə qalır.


Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
