Google Gmail üçün Gemini Live funksiyasını istifadəyə verib
Süni İntellekt
01.07.2026
Sevinj
Google Gmail tətbiqi üçün yeni Gmail Live funksiyasını beta mərhələsində istifadəyə verib. Yeni imkan istifadəçilərə elektron məktubları açar söz yazmadan, sadəcə səsli əmrlərlə axtarmağa imkan yaradır.
İlk dəfə bu ilin may ayında keçirilən Google I/O 2026 tədbirində təqdim edilən Gmail Live, əslində, Gemini süni intellektinin Gmail-ə inteqrasiyasıdır. Funksiya istifadəçilərin gələcək səyahət tarixlərini, sifariş məlumatlarını və ya müəyyən bir e-poçtu təbii danışıq dili ilə axtarmasını mümkün edir. Məlumata görə, bəzi Android və iOS istifadəçiləri funksiyanı artıq test etməyə başlayıblar. Gmail-də axtarış bölməsində xüsusi Live ikonu görünür və istifadəçi bu düyməyə toxunduqda tam ekranlı səsli köməkçi açılır. Burada mikrofonu söndürmək və istənilən vaxt normal poçt qutusuna qayıtmaq da mümkündür.
Hazırda Gmail Live-ın səsli sorğuları emal etməsi üçün qısa gözləmə müddəti tələb olunur. Bununla belə, Google yaxın aylarda funksiyanın daha sürətli və stabil işləməsini təmin etməyi planlaşdırır.
Paylaş