Google, hava proqnozunu cəmi 8 dəqiqə ərzində təxmin edə bilən süni intellektini təqdim edib!
Süni İntellekt
09.12.2024
Farid Pardashunas
Google-un GenCast adlandırdığı süni intellekt modeli, superkompüterlərin saatlarla hazırladığı hava proqnozlarını cəmi 8 dəqiqədə hazırlaya bilir.
Google GenCast yüksək dəqiqlikli süni intellekt modeli olaraq təqdim edilib və hava proqnozlarına fokuslanır. Bu gün dəqiq hava proqnozları hazırlamaq çox böyük əhəmiyyət kəsb edir. Google bu məqsədlə yeni süni intellektini inkişaf etdirib. Google GenCast haqqında ilk məlumatlar Nature jurnalında dərc edilib. Google GenCast, tanıdığımız şəkil yaradan süni intellekt modellərinə bənzəsə də, Yerin geometriyasına uyğun şəkildə hazırlanıb. Model, Avropa Hava Proqnozları Mərkəzinin son 40 illik məlumatları əsasında təlim keçib və həmin mərkəzin ən dəqiq proqnoz aləti olan ENS-i 25 günlük dəqiqlik fərqi ilə qabaqlayıb.
Testlərdə Google GenCast 2018-ci ilə qədər olan hava proqnozu məlumatları ilə təlim keçib və 2019-cu il üçün 1320 müxtəlif proqnoz verib. Bu proqnozlar, ENS-in məlumatları ilə müqayisə edilib. Bütün məlumatlarda Google GenCast 97.2% daha dəqiq nəticələr verib və son 36 saatlıq proqnozlarda bu dəqiqlik 99.8% yüksəlib. Fəlakətlərdən əvvəl yerli idarəetmə orqanlarına daha çox vaxt qazandırmağı hədəfləyən Google GenCast, eyni zamanda külək elektrik stansiyalarının yaxınlığındakı külək sürətini və ya günəş enerjisi stansiyalarının üzərindəki hava şəraitini proqnozlaşdıra bilir.
Google GenCast, Google Cloud TPU v5 üzərində işləyir və fərqli ehtimallar üçün 50-dən çox proqnoz hazırlaya bilir. Onun 15 günlük bir hava proqnozunu cəmi 8 dəqiqəyə hazırladığı bildirilir. Halbuki bu müddət normalda superkompüterlərdə saatlar tələb edir. Google GenCast ictimaiyyətə açıq bir modeldir və Google artıq kodlarını paylaşmağa başlayıb. Şirkət hava proqnozu agentlikləri və alimlərlə əməkdaşlıq edərək alqoritmin daha dəqiq proqnozlar hazırlamasını təmin edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OpenAI şirkətinin o1 adlı süni zəka sistemi nəzarət altından çıxa bilir
OpenAI şirkətinin o1 adlı süni zəka sistemi nəzarət altından çıxa bilir
Apollo Research adlı təşkilatın təqdim etmiş olduğu hesabata əsasən OpenAI şirkətinin o1 adlı süni zəka sistemi nəzarət altından çıxa bilir.
Google Pixel 9a-nın prototipinin real fotoları ortaya çıxıb
Google Pixel 9a-nın prototipinin real fotoları ortaya çıxıb
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Google şirkəti orta büdcəli Pixel 9a smartfonunu düşünüldüyündən daha tez təqdim edə bilər.
Google axtarış sistemi gələn il dərindən dəyişəcək
Google axtarış sistemi gələn il dərindən dəyişəcək
Google CEO-su Sundar Pichai-nin sözlərinə əsasən şirkətin axtarış sistemi 2025-ci ildə dərindən dəyişəcək. “Düşünürəm ki, siz, yeni imkanların Google axtarış sistemini necə dəyişə biləcəklərini görməkdən təəccüblənəcəksiniz” - deyə Sundar Pichai qeyd edib.
Google 7 smartfonunun dəstək müddətini uzadıb
Google 7 smartfonunun dəstək müddətini uzadıb
Google şirkəti heç gözlənilmədən Pixel 6 və Pixel 7 seriyalarının smartfonlarının və qatlana bilən Pixel Fold smartfonunun dəstək müddətlərini artırıb.
Şəkillərdəki məkanları səyahət edə biləcəyiniz 3D modellərə çevirən süni intellekt aləti təqdim edilib! (VİDEO)
Şəkillərdəki məkanları səyahət edə biləcəyiniz 3D modellərə çevirən süni intellekt aləti təqdim edilib! (VİDEO)
World Labs, 2D şəkillərdəki məkanları içində gəzə biləcəyiniz 3D dünyalara çevirən, inqilab yaratma potensialına sahib yeni süni intellekt xüsusiyyətini təqdim edib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!