Google I/O 2026-nın tarixi açıqlandı
Süni İntellekt
18.02.2026
Ilhama
Google rəsmi olaraq elan edib ki, Google I/O 2026 tədbiri 19-20 may tarixlərində keçiriləcək. Technote.az “The Verge” platformasına istinadən bildirir ki, tədbir həm fiziki formatda ABŞ-nin Kaliforniya ştatının Mountain View şəhərində yerləşən Shoreline Amphitheatre məkanında, həm də onlayn şəkildə təşkil olunacaq.
Şirkətin açıqlamasına görə, tədbir çərçivəsində süni intellekt sahəsində ən son yeniliklər və şirkətin müxtəlif məhsulları üzrə yeniləmələr təqdim ediləcək. Xüsusilə Gemini modeli, Android əməliyyat sistemi və digər Google xidmətləri əsas diqqət mərkəzində olacaq.
Əvvəlki illərdə olduğu kimi, Google I/O 2026 da şirkət rəhbərlərinin əsas çıxışları (keynote), panel müzakirələri, məhsul nümayişləri və müxtəlif sessiyalarla zəngin proqram təqdim edəcək. Tədbir 19 may səhəri ənənəvi açılış təqdimatı ilə start götürəcək. Sessiyaların tam proqramı hələ açıqlanmasa da, şirkət yaxın günlərdə əlavə detalları paylaşacağını bildirib.
Paylaş