Logo
    main-post-cover

    Google robotlara istiqamətlənmiş süni zəka modelini təqdim edib

    Süni İntellekt
    13.03.2025
    Emil
         Google DeepMind laboratoriyası iki yeni süni zəka modelini təqdim edib. Bu modellər robotlara indiyə qədər olmadığı qədər geniş çeşiddə real tapşırıqları yerinə yetirməyə kömək edəcək. Gemini Robotics - "görmə-dil-hərəkət" modeli, öncədən təlimatlandırılmadan yeni situasiyaları anlaya bilir. Gemini Robotics-ER - "inkişaf etmiş model" kimi təsvir edilir və dünyanın mürəkkəb və dinamik proseslərini anlayaraq robotun hərəkətlərini idarə etməyə imkan verir.
         Gemini Robotics modeli Google-un flaqman süni zəka versiyası olan Gemini 2.0 əsasında hazırlanıb. Google DeepMind-ın robot texnologiyaları şöbəsinin rəhbəri Carolina Parada bildirib:  "Gemini Robotics, Gemini-nin multimodal dünya anlayışını götürərək onu real dünyaya tətbiq edir və fiziki hərəkətləri yeni bir modal kimi əlavə edir". Yeni süni zəka modeli Google DeepMind-ın fikrincə, həqiqətən faydalı robotların yaradılması üçün vacib olan üç əsas sahədə xüsusilə güclüdür:
    - Universallıq – müxtəlif vəziyyətlərə uyğunlaşma bacarığı
    - İnteraktivlik – insanlarla və ətraf mühitlə daha yaxşı qarşılıqlı əlaqə qurma qabiliyyəti
    - Çeviklik – dəqiq fiziki tapşırıqları yerinə yetirmək bacarığı.
         Gemini Robotics yeni situasiyaları daha yaxşı ümumiləşdirməklə yanaşı, insanlarla və onların ətrafı ilə daha səmərəli qarşılıqlı əlaqədə olur. Model, kağız qatlamaq və ya butulka açmaq kimi olduqca dəqiq fiziki tapşırıqları icra edə bilir. Carolina Parada bildirib:  "Biz keçmişdə bu sahələrin hər birində ayrı-ayrılıqda irəliləyiş əldə etmişdik, lakin indi tək bir model vasitəsilə bu üç bacarığın hamısını kəskin şəkildə artırırıq". Bu isə daha bacarıqlı, daha həssas və ətraf mühitdəki dəyişikliklərə daha dayanıqlı robotların yaradılmasına imkan verir. Gemini Robotics-ER modeli xüsusi olaraq robototexnika mütəxəssisləri üçün hazırlanıb. Bu model robotların hərəkətinə nəzarət edən mövcud aşağı səviyyəli kontrollerlərə qoşulmağa imkan verir. Carolina Parada-nın izahına görə, məsələn, nahar qutusunun qablaşdırma prosesində model aşağıdakı addımları yerinə yetirir:
    - Masanın üzərindəki əşyaların yerləşməsini müəyyən edir
    - Nahar qutusunun necə açılacağını anlayır
    - Əşyaları necə götürüb hara yerləşdirmək lazım olduğunu qərarlaşdırır.
         Gemini Robotics-ER məhz bu tip məntiqi düşüncə zəncirinə əsaslanır. Tərtibatçılar təhlükəsizlik məsələsinə xüsusi diqqət yetiriblər. Google DeepMind tədqiqatçısı Vikas Sindhwani bildirib ki, laboratoriya "çoxsəviyyəli yanaşmadan" istifadə edir. Bu yanaşma Gemini Robotics-ER modellərinin potensial hərəkətlərin müəyyən bir ssenaridə təhlükəsiz olub-olmadığını qiymətləndirmək üçün təlimatlandırılmasını nəzərdə tutur. Bundan əlavə, Google DeepMind süni zəka sahəsində təhlükəsizlik üzrə gələcək araşdırmalara kömək etmək üçün bir sıra standart testlər və çərçivələr hazırlayıb.
         Xüsusilə, ötən il laboratoriya "Robot Konstitusiyası"nı təqdim edib. Bu, 1942-ci ildə Isaac Asimov-un "Runaround" hekayəsində irəli sürmüş olduğu "Üç Robototexnika Qanunu"ndan ilhamlanan qaydalar toplusudur. Hazırda Google DeepMind Apptronik şirkəti ilə birlikdə növbəti nəsil insanabənzər robotlar üzərində çalışır. Bundan əlavə, laboratoriya Gemini Robotics-ER modelini etibarlı şirkətlərə test üçün təqdim edib. Bu siyahıya Agile Robots, Agility Robotics, Boston Dynamics Enchanted Tools kimi şirkətlər daxildir.
         "Biz tamamilə fiziki dünyanı anlaya və bu dünyada hərəkət edə bilən süni zəka yaratmağa fokuslanmışıq. Bunu müxtəlif sahələrdə və bir çox tətbiqlərdə istifadə etmək bizi çox sevindirir" deyə Parada bildirib. Xatırladaq ki, 2024-cü ilin sentyabr ayında Google DeepMind tədqiqatçıları robotlara müəyyən çeviklik tələb edən tapşırıqları öyrətmək üçün yeni bir metod nümayiş etdirmişdilər. Bu metod ayaqqabı bağlarını bağlamaq, köynəkləri asmaq və hətta digər robotları təmir etmək kimi tapşırıqları yerinə yetirməyi mümkün edir.
    Mənbə: The Verge
    Paylaş
    Bənzər xəbərlər
    apple-ve-google-mobil-brauzerlerin-inkisaflarina-mane-olurlar
    Proqram Təminatı

    Apple və Google mobil brauzerlərin inkişaflarına mane olurlar

    Böyük Britaniyanın mobil brauzer bazarı istehlakçılar və biznes üçün effektiv işləmir - belə nəticəyə Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsi (CMA) gəlib. CMA-nın araşdırmasına görə, bu problemin əsas səbəbkarları Apple və Google-dur.
    google-pixel-10-pro-nun-ilk-render-fotolari-teqdim-edilib
    Cihazlar+

    Google Pixel 10 Pro-nun ilk render fotoları təqdim edilib

    Google bu il ərzində Pixel 10 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya Pixel 10, Pixel 10 Pro və Pixel 10 Pro XL modelləri daxil olacaqlar. OnLeaks ləqəbli məşhur insayder dünən adi Pixel 10 modelinin render fotolarını təqdim etdi.
    google-uzun-fasileden-sonra-yeni-smart-eyneyini-hazirlamaga-yaxindir
    Cihazlar+

    Google uzun fasilədən sonra yeni smart eynəyini hazırlamağa yaxındır

    Google Kanadalı startap AdHawk Microsystems-i almaq üzrədir. Bu şirkət göz hərəkətlərinin izlənməsi texnologiyaları üzərində işləyir. Bloomberg-in məlumatına görə, bu alış Google-un Android XR platformasının inkişafını sürətləndirməsinə və bəlkə də öz ağıllı eynəyini istehsal etməyə başlamasına imkan verəcək.
    ibm-ceo-su-suni-zeka-yaxin-zamanda-proqramcilari-evez-etmeyecek
    Süni İntellekt

    IBM CEO-su: "Süni zəka yaxın zamanda proqramçıları əvəz etməyəcək"

    IBM şirkətinin baş direktoru Arvind Krishna süni zəkanın yaxın zamanda proqramçıları tamamilə əvəz edəcəyinə inanmır. O bu fikri Anthropic şirkətinin rəhbəri Dario Amodei-nin bəyanatına cavab olaraq bildirib.
    openai-bedii-metnler-tertib-ede-bilen-suni-zeka-modelini-yaradib
    Süni İntellekt

    OpenAI bədii mətnlər tərtib edə bilən süni zəka modelini yaradıb

    OpenAI şirkəti yeni süni zəka modelini anons edib. Şirkətin baş direktoru Sam Altman-ın sözlərinə görə, bu model peşəkar yazıçılardan geri qalmayan təsirli bədii əsərlər yarada bilir.