Google süni intellekt data mərkəzlərini kosmosa çıxarmağı düşünür
Süni İntellekt
20.02.2026
Ilhama
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən AI Impact Summit 2026 çərçivəsində Sundar Pichai süni intellektin gələcəyi ilə bağlı mühüm açıqlamalar verib. Google rəhbərinin çıxışında həm infrastruktur yatırımları, həm kosmos planları, həm tibbi AI tətbiqləri, həm də məsuliyyətli süni intellekt məsələləri ön plana çıxıb.
Google Hindistanda 15 milyard dollarlıq infrastruktur investisiyası çərçivəsində “tam stack AI hub” qurmağı planlaşdırır. Bu layihəyə:
- 4 yeni sualtı fiber-optik kabel sistemi
- ABŞ və Hindistanı birləşdirən “America-India Connect Initiative”
- Böyükmiqyaslı AI məlumat mərkəzləri
daxildir.
Google-un artıq mövcud olan sualtı kabel şəbəkəsi var, lakin Pichai-nin sözlərinə görə, bu genişlənmə Hindistanı qlobal AI mərkəzlərindən birinə çevirməyi hədəfləyir. Çıxışın ən diqqətçəkən hissələrindən biri isə kosmos planları olub. Pichai bildirib ki, Google komandaları gələcəkdə data mərkəzlərinin orbitə yerləşdirilməsi ideyası üzərində düşünür.
Bu fikir daha əvvəl Elon Musk tərəfindən də səsləndirilmişdi. Mask, hətta SpaceX və xAI arasında sinerjinin səbəblərindən birinin məhz kosmos əsaslı AI infrastrukturu olduğunu bildirmişdi. Hazırda bu konsept erkən mərhələdədir. Lakin böyük texnologiya şirkətlərinin eyni istiqamətdə düşünməsi göstərir ki, gələcəkdə enerji səmərəliliyi və hesablama gücü üçün orbit əsaslı data mərkəzləri real alternativ ola bilər. Pichai çıxışında AI-ın tibbdə istifadəsinə xüsusi diqqət ayırıb. O, xüsusilə Google DeepMind tərəfindən hazırlanmış AlphaFold sistemini vurğulayıb.
AlphaFold zülalların 3D strukturunu amin turşusu ardıcıllığı əsasında proqnozlaşdırır. Bu isə:
- Yeni dərmanların hazırlanmasını sürətləndirə bilər
- Biotexnologiya və genetik tədqiqatlarda inqilabi dəyişiklik yarada bilər
Lakin AI tərəfindən yaradılan nəticələrin patent və müəllif hüquqları məsələsi hələ də hüquqi müzakirə mövzusudur. Çıxışın sonunda Pichai “məsuliyyətli AI” mövzusuna toxunub. O bildirib ki, süni intellekt iş bazarını köklü şəkildə dəyişəcək və bu prosesin düzgün idarə olunması vacibdir. Deepfake-lərlə mübarizə üçün Google öz platformalarında yaradılan AI məzmununa görünməz SynthID işarəsi əlavə edir. Bu texnologiya kontentin AI tərəfindən yaradıldığını müəyyən etməyə imkan verir.
Pichai həmçinin:
- AI təlim proqramlarının genişləndirilməsini
- Dövlətlərin tənzimləmə rolunun vacibliyini
- İqtisadi transformasiyanın idarə olunmasının zəruriliyini
vurğulayıb.
Paylaş