Logo
    main-post-cover

    Google, süni intellekt dəstəkli reklamlar göstərməyə başlayıb!

    Süni İntellekt
    22.05.2024
    Farid

         Google, yeni süni intellektlə dəstəklənən reklam göstərmə xüsusiyyəti ilə axtarış nəticələrinizdə müvafiq reklamlar yerləşdirməyə başlayıb.

         Google, artıq axtarış nəticələrində yazılı və ya vizual reklamlar göstərəcək. Məsələn, "uşaqlar üçün kürək çantası" üçün axtarış etdiyiniz zaman sizə lazım ola biləcək çantanın şəklini əldə edə və ya "Uşaqlar üçün ən yaxşı çantanı seçin!" kimi mətn şəklində reklamlar görünməyə başlayacaq. Google-a görə, bu yeni funksiya istifadəçilərə daha sadə və effektiv axtarış təcrübəsi təqdim edir, eyni zamanda reklamçılar üçün böyük imkanlar təqdim edir. Google-un süni intellektlə dəstəklənən yeni nəsil axtarış sistemi, istifadəçilərin axtarışlarına danışıq tərzində cavab verəcək və müvafiq internet saytlarını göstərəcək. Bu, reklamçıların istehlakçılara çatma üsulunu kökündən dəyişə bilər.
         Google, həmçinin reklam yaratma prosesində brendlərə kömək edəcək yeni chatbot-unu da təqdim edib. Reklamçılar vebsaytlara daxil olaraq başlıq təklifləri, açar sözlər və şəkillər əldə edə biləcəklər. Bu alət, istifadəçi sorğuları əsasında avtomatik olaraq reklam yarada biləcək. Məsələn, "quru və həssas dəri məhsulları" axtaran istifadəçi üçün "Quru və həssas dərinizi sakitləşdirin!" adlı reklam yaradıla bilər.
         Microsoft, artıq oxşar yanaşmanı tətbiq edib və Bing axtarış sisteminə süni intellektlə dəstəklənən reklamlar əlavə etməyə başlayıb. Deyə bilərik ki, iki texnologiya nəhəngləri arasındakı reklam yarışı, axtarış motorlarının necə inkişaf edəcəyi və reklamçıların istehlakçılara necə çatacağı baxımından yeni bir dövr başlada bilər.
    Paylaş
    Bənzər xəbərlər
    google-nin-sozlerine-gore-microsoft-musterilerini-kiberhucumlara-qarsi-qoruya-bilmir
    Təhlükəsizlik

    Google-nin sözlərinə görə, Microsoft, müştərilərini kiberhücumlara qarşı qoruya bilmir!

    Google, öz hesabatında Microsoft-un təhlükəsizlik zəifliklərinə toxunub. Axtarış nəhəngi Google, Microsoft-un müştərilərini kiberhücumlardan qoruya bilmədiyini bildirib.
    yadplanetlileri-gore-bilmemeyimizin-sebebi-suni-intellekt-ola-biler
    Elm & Texnologiya

    Yadplanetliləri görə bilməməyimizin səbəbi süni intellekt ola bilər!

    Manchester Universitetindən Michael Garrett-in irəli sürdüyü nəzəriyyəyə görə, süni intellekt sivilizasiyaların sonunu gətirmiş ola bilər. Buna görə də yadplanetliləri görməyə bilərik.
    android-15-de-5-yeni-tehlukesizlik-funksiyasi-istifadeye-verilecek
    Proqram Təminatı

    Android 15-də 5 yeni təhlükəsizlik funksiyası istifadəyə veriləcək

    Google şirkəti Android 15 üçün nəzərdə tutulmuş 5 yeni təhlükəsizlik funksiyasını anons edib.
    google-un-suni-intellekti-firildaqcilar-zengle-sexsi-melumatlarinizi-sorusmaq-istedikde-size-xeberdarliq-edecek
    Süni İntellekt

    Google-un süni intellekti, fırıldaqçılar zənglə şəxsi məlumatlarınızı soruşmaq istədikdə sizə xəbərdarlıq edəcək!

    Google, istifadəçiləri saxta zənglər barədə xəbərdar edəcək xüsusiyyəti Android-ə gətirməyi planlaşdırdığını açıqlayıb. Sistem, süni intellektin dəstəyi ilə zəng zamanı şübhəli söhbətləri aşkar edə biləcək.
    google-trillium-adli-yeni-nesil-suni-intellekt-tpu-larini-teqdim-edib
    Süni İntellekt

    Google, Trillium adlı yeni nəsil süni intellekt TPU-larını təqdim edib!

    Google, I/O çərçivəsində, proqram təminatı ilə yanaşı, süni intellekt üçün avadanlıqlarını da təqdim edib. Bu kontekstdə şirkət Cloud TPU-nun altıncı nəsli Trillium-nu rəsmi olaraq sərgiləyib.