Google, süni intellektin hansı peşənin sonunu gətirə bilməyəcəyini açıqlayıb!
Süni İntellekt
24.09.2024
Farid Pardashunas
Son zamanlar süni intellektin sürətli inkişafı ilə bir çox peşə qruplarında narahatlıqlar yaranmağa başlayıb. Xüsusilə proqramçılar süni intellektin onları əvəz edəcəyindən narahatdırlar. Lakin Google-un baş direktoru Sundar Pichai, bu narahatlıqlara çox fərqli prizmadan baxır.
Sundar Pichai, Carnegie Mellon Universitetindəki çıxışında süni intellektin proqramçıların işlərini əlindən almaq əvəzinə daha çox insanı proqramçı edəcəyini və proqramlaşdırmanın hər kəs üçün daha əlçatan olacağını bildirib. CEO-nun fikrincə, süni intellekt mövcud proqramçıların işini asanlaşdıran bir vasitə olacaq. Xüsusilə təkrarlanan və vaxt alan kod yazma proseslərini sürətləndirərək, proqramçıların daha yaradıcı və mürəkkəb tapşırıqlara yönəlməsinə imkan verəcək. Pichai hətta bunu “süni intellektin proqramçıları gücləndirməsi” kimi xarakterizə edir.
Süni intellektin kod yazmağı hər kəs üçün daha asan edəcəyini vurğulayan CEO, təbii dil emalı texnologiyaları sayəsində insanların mürəkkəb proqramlaşdırma dillərini öyrənmədən daha intuitiv şəkildə kod yazma qabiliyyətinə sahib olacaqlarını bildirib. Yəni gələcəkdə, proqramlaşdırma biliyi olmayan insanlar belə, süni intellekt sayəsində proqram hazırlaya biləcək. Pichai əlavə olaraq, süni intellektin yalnız proqramçıları deyil, çoxlu müxtəlif peşə sahələrini də gücləndirəcəyini vurğulayıb. Onun sözlərinə görə, süni intellekt bir çox sahədə insanların işlərini daha səmərəli edəcək və onların daha strateji və yaradıcı işlərlə məşğul olmasına imkan yaradacaq.
CEO, bu məqamda süni intellekti insan zəkası ilə müqayisə etməyin yanlış olduğunu, əksinə, onu “gücləndirici zəka” kimi görməyin daha doğru olduğunu bildirib. Bir sözlə, CEO-nun bu açıqlamaları süni intellektin təhlükə deyil, fürsət kimi qəbul edilməli olduğunu göstərir. Pichai, insanların süni intellektlə əməkdaşlıq edərək daha yaradıcı, səmərəli və təsirli işlər ortaya qoya biləcəyini müdafiə edərək, bu texnologiyanın gələcəkdə proqramlaşdırma dünyasında böyük dəyişikliklərə yol açacağını düşünür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)
Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)
Keçən şənbə günü “ChromaLock” adlı bir YouTube məzmun yaradıcısı, Texas Instruments-ın məşhur qrafik kalkulyatoru TI-84-ü internetə qoşaraq OpenAI-nin süni intellekt modeli ChatGPT-ni işə salmağı bacarıb.
Sosial platformalar düşünüldüyündən daha çox istifadəçi məlumatı yığırlar
Sosial platformalar düşünüldüyündən daha çox istifadəçi məlumatı yığırlar
ABŞ Federal Ticarət Komissiyası (FTC) bildirib ki, onun araşdırmasına əsasən ayrı-ayrı sosial şəbəkələr və streaming servislər istifadəçilər barəsində düşünüldüyündən daha çox konfidensial məlumatı yığırlar.
iPhone 16 ilə bağlı bütün sualları cavablandıran söhbət botu yaradılıb!
iPhone 16 ilə bağlı bütün sualları cavablandıran söhbət botu yaradılıb!
The Wall Street Journal-ın məşhur texnologiya yazıçısı Joanna Stern, çox maraqlı iPhone 16 icmalını dərc edib. Stern, istifadəçilərin telefonlarla bağlı bütün suallarına cavab verən çatbot yaradıb.
OpenAI şirkətinin o1 adlı yeni süni zəka modeli məqsədə çatmaq üçün yalan məlumatı təqdim edə bilir
OpenAI şirkətinin o1 adlı yeni süni zəka modeli məqsədə çatmaq üçün yalan məlumatı təqdim edə bilir
Apollo adlı şirkətin aparmış olduğu araşdırmaya əsasən OpenAI şirkətinin o1 adlı yeni süni zəka modeli qeyri-adi davranış sərgiləyir. Söhbət, yalnış məlumatın tərtib edilməsindən və qaydalara əməl edilməsinin simulyasiyasından gedir.
Oracle şirkətinin həmtəsisçisi: "Süni zəka əsaslı qlobal izlənmə sistemi insanların davranışlarını yaxşılaşdıracaq"
Oracle şirkətinin həmtəsisçisi: "Süni zəka əsaslı qlobal izlənmə sistemi insanların davranışlarını yaxşılaşdıracaq"
Oracle şirkətinin həmtəsisçisi və dünyanın ən varlı şəxslərindən biri olan Larry Ellison insanların süni zəka əsaslı qlobal izlənməsi sisteminin reallaşdırılması barəsində fikirlərini səsləndirib.
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!