
Google, süni intellektlə çalışan video tərtib etmə aləti Google Vids-i bəzi istifadəçilər üçün əlçatan edib!
Süni İntellekt
28.06.2024
Aslan
Google, mətndən video yaratmaq üçün süni intellekt vasitəsi olan Google Vids-i bəzi istifadəçilər əlçatan edib.
Süni intellekt son zamanların ən maraqlı texnologiyalarından biridir və bir çox böyük və kiçik texnologiya şirkəti öz süni intellekt alətlərini yaratmaq üçün çalışır. Bu aparıcı şirkətlərdən biri də, əlbəttə ki, Google-dur.

Google Workspace-ə əlavə edilən Google Vids, əvvəlcə yalnız şirkət tərəfindən seçilmiş bəzi istifadəçilər üçün əlçatan edilib və sınaq mərhələsinə başlanılıb. Google-un yardım səhifəsində edilən açıqlamaya görə, bu alət, sınaqdan keçirildikdən və incə tənzimləmələr tamamlandıqdan sonra addım-addım digər istifadəçilər üçün də əlçatan ediləcək. Google Vids, hazırda OpenAI-nin Sora aləti qədər effektiv görünmür, lakin o, storyboard yaratmaq, mətnlə səhnələr yaratmaq və video və ya audio yazılar üçün skriptlər yaratmaq kimi xidmətlər təklif edir. Hətta işinizi stok şəkilləri və videoları ilə təkmilləşdirmək də mümkündür.
Paylaş
Ən çox oxunanlar

Honor 400 və Honor 400 Pro təqdim olunub - QİYMƏTİ
