Logo
    main-post-cover

    Google süni zəka inkişafına 100 milyard dollar yatıracaq

    Süni İntellekt
    17.04.2024
    Farid
         Google şirkətinin süni zəka sahəsindəki təşəbbüslərinə bu sahədə fəaliyyət göstərən DeepMind laboratoriyasının CEO-su Demis Hassabis rəhbərlik edir. Qeyd etmək lazımdır ki, Google şirkətinin sahibi olan Alphabet holdinqi DeepMind-ı 2014-cü ildə almışdı. İndi isə Demis Hassabis bildirib ki, Google yaxın illərdə süni zəka sistemlərinin inkişafına 100 milyard dollar investisiya yatıracaq. Bu barədə o, Kanadanın Vankuver şəhərində baş tutmuş TED tədbirindəki çıxışı zamanı məlumat verib.
         Bloomberg bildirib ki, Hassabis bu açıqlamanı TED tədbiri çərçivəsindəki çıxışda ondan Microsoft OpenAI şirkətlərinin birgə yaradacaqları Stargate adlı superkompüter mövzusu barəsində nə kimi fikirlərə sahib olduğu soruşulan zaman verib. Onun sözlərinə əsasən Google yaxın illərdə öz süni zəka sistemlərinin inkişafı üçün 100 milyard dollar investisiya yatıracaq. Bununla yanaşı Hassabis əlavə edib ki, Google hesablama gücü mövzusunda Microsoft-u geridə qoyur. “Bu, 2014-cü ildə bizim Google ilə birləşməyimizin əsas səbəblərindən biri idi. Həmin vaxtda biz artıq başa düşürdük ki, güclü süni zəkanın formalaşdırılması üçün böyük həcmdə hesablama gücünə ehtiyac olacaq” - deyə Hassabis bildirib.
    Paylaş