
Google-un süni intellekti, fırıldaqçılar zənglə şəxsi məlumatlarınızı soruşmaq istədikdə sizə xəbərdarlıq edəcək!
Süni İntellekt
15.05.2024
Aslan
Google, istifadəçiləri saxta zənglər barədə xəbərdar edəcək xüsusiyyəti Android-ə gətirməyi planlaşdırdığını açıqlayıb. Sistem, süni intellektin dəstəyi ilə zəng zamanı şübhəli söhbətləri aşkar edə biləcək.

Google-un dünən başlayan I/O 2024 developer konfransı onlarla süni intellekt xüsusiyyətlərinə sahiblik etdi. Təbii ki, əsas diqqət şirkətin süni intellekt modeli olan Gemini-nin üzərində idi. Bu tədbir zamanı xüsusilə Gemini üçün Android cihazlarına yeni bir xüsusiyyətin gələcəyi açıqlandı. Bu xüsusiyyət, şirkətin süni intellekt modeli Gemini-nin kiçildilmiş versiyası olan “Gemini Nano” dan istifadə edir ki, bu da bu xüsusiyyəti, Android telefonlarında daxili və oflayn rejimində istifadə etməyə imkan verir. Belə ki, artıq Gemini Nano, bu sınaqdan keçirilmiş xüsusiyyət vasitəsilə Android istifadəçilərini saxta zənglər zamanı xəbərdarlıq edə bilər.
Süni intellekt, artıq saxta zənglər zamanı istifadəçiyə söhbəti dayandırmağı məsləhət görəcək və eyni zamanda digər şəxsin "fırıldaqçı ola biləcəyi" barədə xəbərdarlıq edəcək. Şəxsi və ya kredit kartı kim həssas məlumatlarınızın tələb edilməsi bu şübhəli fəaliyyətlərə misal olaraq göstərilə bilər.

Yuxarıdakı şəkildən də gördüyünüz kimi Google tərəfindən paylaşılan bu bildirişdə, saxta zənglər zamanı “Banklar pulunuzu təhlükəsiz saxlamaq üçün heç vaxt başqa yerə köçürməyinizi istəmir” deyə istifadəçiyə xəbərdarlıq olunur və zəngi sonlandırması üçün təklif təqdim edilir. Fırıldaqçılıq hallarının durmadan artdığını nəzərə alsaq, belə bir xəbərdarlığın çox faydalı olacağını deyə bilərik. Google bu xüsusiyyəti, nə vaxt geniş şəkildə istifadəyə təqdim edəcəyini açıqlamaasa da, bu ilin sonuna qədər bu barədə daha çox məlumat paylaşacağını bildirib.
Bu süni intellekt xüsusiyyəti zənglərimizi dinləyəcəyi üçün özü ilə bərabər bəzi məxfilik risklərini də gətirir. Google bildirir ki, bu xüsusiyyət cihaz daxilində, yəni oflayn rejimdə çalışacaq və istəyə bağlı olaraq aktiv edilə və ya qapadıla da bilər.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
