Logo
    main-post-cover

    Google, video hazırlayan süni intellekt aləti Veo-nun önizləmə versiyasını təqdim edib!

    Süni İntellekt
    05.12.2024
    Farid

         Google, OpenAI-ın Sora modelinə rəqib olaraq hazırladığı Veo adlı süni intellekt video modelinin önizləmə versiyasını təqdim edib və bununla da rəqibini qabaqlayıb.

        Google-un süni intellekt platforması olan Vertex AI-də xüsusi önizləmə versiyası təqdim olunan Veo, mətn və ya şəkil əsaslı sorğulardan müxtəlif görüntülər və 1080p keyfiyyətində kinematoqrafiya üslublu videolar yarada bilir. Model ilk dəfə elan edilərkən yaradılan kliplərin 1 dəqiqədən uzun ola biləcəyi qeyd olunmuşdu. Önizləmə versiyası üçün isə video uzunluğu ilə bağlı heç bir məhdudiyyət göstərilməyib. Google-ın təqdim etdiyi nümunə kliplər əvvəlki səviyyədədir və kifayət qədər yüksək keyfiyyətə malikdir. Hətta diqqətlə baxılmadıqda, videoların süni intellekt tərəfindən yaradıldığını anlamaq olduqca çətindir.
         Google-ın mətn əsasında görüntü yaradan Imagen 3 adlı süni intellekt aləti yaxın zamanda Google Cloud müştərilərinə təqdim ediləcək və tam versiyası gələn həftə yayımlanacaq. Yeni funksiyalar icazə siyahısına daxil edilmiş istifadəçilər üçün əlçatan olacaq və şəxsi tənzimləmə, sorğu əsasında foto düzəlişi, hətta yaradılmış görüntülərə loqo və ya digər elementlərin əlavə olunması kimi seçimlər təqdim edəcək.
         Google bildirir ki, Veo və Imagen 3 modellərində zərərli məzmunun yaradılmasının və müəllif hüquqlarının pozulmasının qarşısını almaq üçün daxili təhlükəsizlik tədbirləri mövcuddur. Ancaq testlər onu göstərir ki, bu təhlükəsizlik tədbirlərini aşmaq mümkündür. Yaradılan məzmun DeepMind-ın SynthID texnologiyası ilə təchiz edilmiş görünməz rəqəmsal filiqran daşıyır ki, bu da məzmunun süni intellekt tərəfindən yaradılıb-yaradılmadığını müəyyən etməyə imkan verir. Google-ın süni intellekt video modeli Veo-nu təqdim etməsi ilə OpenAI üzərində təzyiq artır. İstifadəçilərin səbirsizliklə gözlədiyi və 2024-cü ilin sonlarına doğru təqdim olunması gözlənilən Sora modelinin tezliklə istifadəyə verilməsi tələb olunur.
    Paylaş
    Bənzər xəbərlər
    ozbasina-hereket-eden-bir-suni-intellekt-3800-eded-avtomobile-yanlis-cerime-yazib
    Süni İntellekt

    Özbaşına hərəkət edən bir süni intellekt 3800 ədəd avtomobilə yanlış cərimə yazıb!

    New York-da avtobuslara yerləşdirilən süni intellekt dəstəkli kameralar qaydalara zidd park edən avtomobillərə cərimə yazmalı idi. Lakin özbaşına hərəkət edən süni intellekt 3.800 səhv cərimənin yazılmasına səbəb olub.
    kuce-seslerinden-yuksek-deqiqlikle-goruntuler-yarada-bilen-suni-intellekt-hazirlanib
    Süni İntellekt

    Küçə səslərindən yüksək dəqiqliklə görüntülər yarada bilən süni intellekt hazırlanıb!

    Texas Universitetindən tədqiqatçılar küçələrin səs yazılarından həmin küçənin real görünüşünü inanılmaz dəqiqliklə yarada bilən süni intellekt sistemi hazırlayıblar.
    chatgpt-ye
    Proqram Təminatı

    ChatGPT-də reklam elanları sərgilənə bilər

    The Financial Times saytının vermiş olduğu məlumata əsasən OpenAI şirkəti ChatGPT çat-botuna reklam elanlarını inteqrasiya edə bilər.
    yeni-veb-axtaris-usulu-google-biznesi-ucun-tehluke-menbeyine-cevrilib
    Tech-Biznes

    Yeni veb axtarış üsulu Google biznesi üçün təhlükə mənbəyinə çevrilib

    İnternetdə ənənəvi axtarış üsulu artıq yaşlı nəslin istifadə etdiyi bir özəlliyə çevrilir. Bu isə öz növbəsində Google şirkətinin əsas biznesinə böyük təhlükə yaradır. Şirkət veb axtarış və onunla birlikdə rəqəmsal reklam sahəsindəki dominant mövqeyini itirmə riski ilə qarşı-qarşıya durur.
    suni-intellekt-insan-sexsiyyetini-sadece-2-saat-erzinde-kopyalaya-bilib
    Süni İntellekt

    Süni intellekt insan şəxsiyyətini sadəcə 2 saat ərzində kopyalaya bilib!

    Google DeepMind tədqiqatçıları 2 saatlıq söhbətdən sonra insan şəxsiyyətini təqlid edən AI sistemi hazırlayıblar. Bu, süni intellektin inkişafının həm heyrətamiz, həm də qorxulu tərəfini göstərir.