Google Workspace üçün süni intellekt inteqrasiyasını gücləndirdi
Süni İntellekt
23.04.2026
Sevinj
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Google bu həftə keçirilən Google Cloud Next tədbirində peşəkarlar üçün nəzərdə tutulmuş ofis alətləri paketi Google Workspace üçün bir sıra yeni yeniliklər təqdim edib. Yeniliklərin əsas diqqət mərkəzində süni intellekt dayanır və bu dəyişikliklər istifadəçilərin gündəlik iş yükünü azaltmağı hədəfləyir.
Ən diqqətçəkən yeniliklərdən biri “Workspace Intelligence” adlı yeni AI sistemidir. Bu sistem istifadəçinin Gmail, Calendar, Chat və Drive (Docs, Slides, Sheets) kimi xidmətlərdəki məlumatlarını analiz edərək müxtəlif tapşırıqları avtomatlaşdırır. İstifadəçilərə isə məlumatların hansı hissəsinin AI tərəfindən istifadə olunacağını idarə etmək imkanı verilir.
Digər mühüm yenilik Google Sheets ilə bağlıdır. Gemini inteqrasiyası sayəsində istifadəçilər sadəcə mətn əsaslı sorğularla cədvəllər yarada, məlumatları avtomatik doldura və strukturlaşdırılmamış datanı səliqəli formatlara çevirə bilirlər. Google bildirir ki, bu sistem manual girişlə müqayisədə prosesi 9 dəfə sürətləndirə bilər.
Bundan əlavə, Google Docs üçün yeni AI yazı funksiyaları təqdim olunub. İstifadəçilər Gemini vasitəsilə mətn yarada, redaktə edə və hətta öz yazı üslublarına uyğunlaşdırılmış kontent hazırlaya bilərlər. Sistem həm istifadəçi məlumatlarından, həm də internet resurslarından faydalanaraq daha dəqiq nəticələr təqdim edir.
Paylaş