Google yanlış cavablara görə hüquqi məsuliyyət daşıyacaq
Süni İntellekt
10.06.2026
Sevinj
Almaniyada məhkəmə Google-un süni intellekt əsaslı AI Overviews funksiyasının yaydığı yanlış məlumatlara görə birbaşa məsuliyyət daşıdığına qərar verib. Bu qərar generativ süni intellekt sistemlərinin yaratdığı məzmuna görə hüquqi məsuliyyətlə bağlı dünyada formalaşan ən mühüm presedentlərdən biri hesab olunur.
Münhen Regional Məhkəməsi Google-a qarşı müvəqqəti qadağa qərarı çıxararaq şirkətin iki yerli nəşriyyat haqqında AI Overviews vasitəsilə yayılan əsassız iddiaları təkrarlamasını qadağan edib. Süni intellekt həmin şirkətləri saxtakarlıq, şübhəli abunə sxemləri və etibarsız biznes fəaliyyətləri ilə əlaqələndirsə də, məhkəmə bu məlumatların göstərilən mənbələrdə ümumiyyətlə mövcud olmadığını müəyyən edib.
Araşdırma zamanı məlum olub ki, AI sistemi sözügedən nəşriyyatları tamamilə başqa və həqiqətən problemli şirkətlərlə qarışdıraraq mövcud olmayan əlaqələr yaradıb. Zərərçəkən tərəflər Google-a rəsmi xəbərdarlıq məktubu göndərsələr də, şirkətin buna adekvat reaksiya vermədiyi bildirilib.
Paylaş