Logo
    main-post-cover

    Google yeni eksperimental AI alətini təqdim edib

        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Google yeni eksperimental süni intellekt alətini təqdim edib. “Disco” adlanan bu platforma brauzerdə açıq olan istənilən veb-səhifəni avtomatik şəkildə interaktiv veb tətbiqə çevirməyə imkan verir. Alət Google-un Gemini süni intellekt modeli üzərində qurulub.
    screenshot of google disco ai tool
        Disco-nun ilk funksiyası “GenTabs” adlanır. İstifadəçi sadəcə olaraq açıq brauzer səhifəsini seçir və Disco-dan onu veb tətbiqə çevirməsini xahiş edir. Süni intellekt həmin səhifədəki bütün məlumatları toplayaraq interaktiv interfeysə malik sadə bir veb tətbiq yaradır. Bu tətbiqdə məlumatlar vizual izahlar, xəritələr, planlayıcılar və digər interaktiv elementlərlə təqdim olunur.
        Google-un nümayiş etdirdiyi nümunələrdən birində, entropiya mövzusunda olan adi bir veb-səhifə interaktiv tətbiqə çevrilib və anlayışın vizual izahı göstərilib. Digər nümunədə isə qış səyahətinin planlaşdırılması üçün yaradılan tətbiqdə məkan haqqında məlumat, Google Maps inteqrasiyası, istifadəçinin təqvimi ilə əlaqə və marşrut planlayıcısı yer alıb. Bundan əlavə, Disco ilə yemək planlayıcısı və tərəvəz bağı planlama alətləri də yaratmaq mümkündür. Məqsəd sadəcə məlumat oxumaq yox, həmin məlumatdan istifadə edərək planlama və araşdırma prosesini daha rahat və mərkəzləşdirilmiş formada həyata keçirməkdir.
    Paylaş