Logo
    main-post-cover

    İlk dəfə oyun motoruna və ekran kartına ehtiyac duymadan çalışdırıla bilən süni intellekt əsaslı oyun hazırlanıb! (VİDEO)

    Süni İntellekt
    04.11.2024
    Farid

         Oyun sənayesi böyük bir dəyişikliklə qarşı-qarşıyadır. Yeni konseptdə ənənəvi oyun mühərriki əvəzinə tamamilə süni intellekt tərəfindən yaradılan və idarə olunan bir Minecraft klonu nümayiş etdirilib.

         GPT, Claude, Stable Diffusion kimi generativ süni intellekt modellərində tanış olduğumuz Transformer arxitekturası üçün xüsusi olaraq ASIC çipləri hazırlayan Etched, Decart ilə birlikdə Minecraft-ın oxşar bir versiyası üzərində demo nümayiş etdirib. Bu süni intellekt dəstəkli oyun texnologiyası oyunçuların əmrlərini qəbul edir və anında oyun fizikasını, qaydalarını və qrafikasını yaradan real vaxtda bir açıq dünya təcrübəsi təklif edir.
         Oasis adlandırılan bu model, istifadəçi girişlərinə görə real vaxtda interaktiv bir oyun dünyası yaradır. Digər video istehsal edən süni intellekt modellərindən fərqli olaraq, Oasis hər kadrı tək-tək işləyərək real vaxtda reaksiya göstərir. Bu, istifadəçilərin virtual dünyada obyektlərlə təbii şəkildə qarşılıqlı əlaqə yaratmasına imkan verir. Quruluş, hərəkət və fizika kimi elementlər istifadəçi girişlərinə uyğun olaraq formalaşdırılır.
         Etched-in özünün inkişaf etdirdiyi Sohu adlı sürətləndirici kartlar sayəsində Oasis modelinin performansının əhəmiyyətli dərəcədə artırıldığı bildirilir. Tək bir Nvidia H100 GPU, Oasis modelini 720p təsvir ölçüsündəsaniyədə 20 kadr sürətlə çalışdırır. Lakin Etched-in 8 Sohu kartı eyni anda 65 Oasis oyununu 65 istifadəçiyə təqdim edə bilir. Bu, Nvidia-nın təqdim etdiyi gücün 10 qatından çox performans artırımı deməkdir. Gələcək planlarda isə, 100 milyard parametrlərə sahib və 4K 30 FPS sürətlə işləyə bilən daha böyük modellər üçün hazırlıqlar aparılır.
    View post on X
         Etched-in mühəndisləri, süni intellekt modelinin oyun zamanı daha uzun və mürəkkəb simulyasiyaları idarə edə bilməsi üçün müxtəlif texniki təkmilləşdirmələr üzərində işləyirlər. Bu məqsədlə Oasis modelinə adaptiv səs emalı və xüsusi hesablama optimizasiyaları kimi yeniliklər əlavə olunub.
    Paylaş
    Bənzər xəbərlər
    alimler-suni-intellektden-istifade-ederek-qoxulari-teleportasiya-etmeyi-bacariblar
    Elm & Texnologiya

    Alimlər süni intellektdən istifadə edərək qoxuları "teleportasiya" etməyi bacarıblar!

    Keçmiş bir Google mühəndisi tərəfindən qurulan süni intellekt startapı Osmo, qoxunu rəqəmsallaşdıraraq başqa yerə ötürməyi bacarıb.
    chatgpt-ye-axtaris-duymesi-elave-edilib
    Süni İntellekt

    ChatGPT-yə axtarış düyməsi əlavə edilib!

    Süni intellekt həyatımızın daha çox sahəsinə daxil olduqca istifadəçi təcrübəsini artırmaq üçün yeni funksiyalar əlavə edilir. Bu kontekstdə artıq ChatGPT istifadəçiləri keçmiş söhbətləri açar sözlərlə axtara biləcəklər.
    linux-un-atasi-torvalds-in-sozlerine-gore-suni-intellektin-90-i-marketinq-10-i-ise-realliqdir
    Süni İntellekt

    Linux-un atası Torvalds-ın sözlərinə görə, süni intellektin 90%-i marketinq, 10%-i isə reallıqdır!

    Texnologiya dünyasının önəmli simalarından olan Linus Torvalds, süni intellekt haqqındakı düşüncələrini açıqlayıb. Linux-un yaradıcısı süni intellektin böyük bir hissəsinin sadəcə marketinq şişirtməsindən ibarət olduğunu düşünür.
    google-daki-yeni-kodlarin-dordde-birinin-suni-intellekt-terefinden-yazildigi-aciqlanib
    Süni İntellekt

    Google-dakı yeni kodların dörddə birinin süni intellekt tərəfindən yazıldığı açıqlanıb!

    Google-un son rüblük qazanc hesabatında CEO Sundar Pichai, şirkətin süni intellektə və mövcud xidmətlərinə münasibəti ilə bağlı açıqlamalar verib.
    suni-zeka-her-il-milyonlarla-ton-elektron-tullantinin-formalasmasina-sebeb-olacaq
    Süni İntellekt

    Süni zəka hər il milyonlarla ton elektron tullantının formalaşmasına səbəb olacaq

    İsrailin Reichman Universitetinin mütəxəssislərinin sözlərinə əsasən generativ süni zəkaya olan aşırı maraq özündə müəyyən mənfi nəticələri birləşdirir.