James Webb erkən kainatda ən böyük qalaktikaları kəşf edib
Süni İntellekt
22.11.2023
Emil Nəcəfov
James Webb kosmik teleskopu müasir kosmologiyanın sərhədlərini genişləndirməyə davam edir. Bu dəfə o, erkən kainatda mövcud olmuş ən uzaq məsafədə yeni qalaktikaları aşkar edib. Teleskop tərəfindən aşkar edilmiş yeni qədim qalaktikalar Böyük partlayışdan 300-400 milyon il sonra formalaşıblar. Yeni qədim qalaktikalar qravitasiya linzası üsulu vasitəsilə kəşf edilib. James Webb-in ən müasir teleskop olmasına baxmayaraq o da müəyyən məhdudiyyətə sahibdir. Alimlər detallı müşahidələr üçün Abel 2744 adlı qalaktikalar qruplaşmasının ətrafındakı zonanı seçiblər. Bu qalaktikalar qruplaşması Yer kürəsindən təqribi olaraq 3.5 milyard işıq ili uzaqlığında yerləşir.
Sözügedən qalaktikalar qruplaşması öz ətrafındakı məkan-zamanı elə güclü şəkildə təhrif edir ki, nəticədə qalaktikalar qruplaşması öz arxasındakı obyektdən gələn işığı gücləndirir. Bu ilin fevral ayında teleskop qalaktikalar qruplaşması ətrafındakı zonanı 30 saat ərzində müşahidə etmişdi. Nəticədə 10 000 yeni işıq mənbəyi aşkar edildi. Alimlər isə onların arasından ən uzaq məsafədə yerləşən obyektlərə 700 namizədi seçdilər. Daha sonra aparılmış spektral analiz sözün əsl mənasında ən uzaq məsafədə yerləşən obyektlərin kəşf edilməsinə imkan verib. Aparılmış müşahidələr nəticəsində alimlər ən uzaq məsafədə yerləşən iki qalaktikanı təyin ediblər. Onlardan biri UNCOVER z-13, digəri isə UNCOVER z-12 adını əldə edib.
Bu qalaktikalardan ən uzaqda yerləşəni Böyük partlayışdan artıq 330 milyon il sonra mövcud idi. UNCOVER z-13 Yer kürəsindən ən uzaq məsafədə yerləşən obyektlər arasında ikinci yeri, UNCOVER z-12 isə dördüncü yeri tutub. Qeyd etmək lazımdır ki, sözügedən qalaktikalar ən uzaq məsafədə yerləşən obyektlərə namizəd deyil, artıq təsdiqlənmiş obyektlərdir. Digər bir maraqlı fakt ondan ibarətdir ki, Bu qalaktikalar erkən kainatda kəşf edilmiş qalaktikalar arasında ən böyük olanlardır. Bu qalaktikaların Böyük partlayışdan bu qədər qısa müddət ərzində necə formalaşdıqları və necə belə ölçülərə sahib olduqları sirr olaraq qalır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
22 işıq ili uzaqlığında Yer kürəsinə bənzəyən ekzoplanet yerləşir
22 işıq ili uzaqlığında Yer kürəsinə bənzəyən ekzoplanet yerləşir
Amerikalı alimlər təsdiqləyiblər ki, Yer kürəsindən cəmi 22 işıq ili uzaqlığında bizim planetimizi xatırladan ekzoplanet yerləşir. Yer kürəsinə bənzər ekzoplanetlər arasında bu ekzoplanet bizim planetə ən yaxın məsafədə yerləşəndir.
Erkən kainatda Süd Yolu qalaktikasının kiçik ölçülü kopyası aşkar edilib
Erkən kainatda Süd Yolu qalaktikasının kiçik ölçülü kopyası aşkar edilib
James Webb kosmik teleskopu hələ elmi açıqlaması olmayan heyrətləndirici məlumatları təqdim etməyə davam edir.
Böyük partlayışdan 500 milyon il sonra formalaşmış super kütləli qara dəlik kəşf edilib
Böyük partlayışdan 500 milyon il sonra formalaşmış super kütləli qara dəlik kəşf edilib
Alimlər Böyük partlayışdan 500 milyon il sonra formalaşmış super kütləli qara dəliyi kəşf ediblər.
Alimlər insanın immun sisteminin çəkisini hesablayıblar
Alimlər insanın immun sisteminin çəkisini hesablayıblar
Veysman İnstitutunun mütəxəssisləri orta statistik insanın immun sisteminin bütün hüceyrələrinin siyahıyaalma prosesini reallaşdırıblar.
Yer kürəsinin nüvəsində digər planetin qalıqları yerləşmiş ola bilər
Yer kürəsinin nüvəsində digər planetin qalıqları yerləşmiş ola bilər
Çin Elmlər Akademiyasının alimləri iddia edirlər ki, onlar Yer kürəsinin nüvəsində digər planetin qalıqlarının qaldığı fərziyyəsinin yeni sübutlarını aşkar ediblər.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!