main-post-cover

    James Webb tərəfindən çəkilmiş fotolar siyahısına rəsmi şəkildə daxil edilməyən 2 foto təqdim edilib

    Süni İntellekt
    14.07.2022
    Farid Pardashunas
        James Webb kosmik teleskopunun komandasına daxil olan alimlər Twitter-də Yupiterin qeyri adi fotolarını təqdim ediblər. Təqdim edilmiş fotolarda Yupiterin özündən əlavə olaraq onun peyklərindən 3-ü də əks olunub. 11 iyul tarixində NASA James Webb vasitəsilə əldə edilmiş ilk fotonu təqdim etmişdi. Həmin fotoda erkən kainatdakı qalaktikalar toplusu əks olunmuşdu. 12 iyul tarixində isə teleskop vasitəsilə əldə edilmiş digər fotolar təqdim olundu. Lakin James Webb vasitəsilə çəkilmiş fotolardan ikisi yalnız kosmik teleskopun istifadəyə verilməsi üzrə hesabat çərçivəsində təqdim edilib. James Webb komandasına daxil olan alimlər isə öz növbələrində həmin fotoları internetdə təqdim etmək qərarını veriblər.
        Qeyd etmək lazımdır ki, təqdim edilmiş fotolarda Yupiter və onun 3 peyki əks olunub. Teleskop sözügedən fotoları öz təchizatlarının ayarlanması zamanı çəkib. NIRCam adlı yaxın infraqırmızı kamera vasitəsilə Yupiteri, onun halqalarını və peyklərindən 3-nü çəkmək mümkün olub. Söhbət, Avropa, Teba Metida adlı peyklərdən gedir. Təqdim edilmiş fotolardan birində hətta Avropa peykinin Yupiterin səthində əks olunmuş kölgəsini görmək olar. Həmin kölgə Yupiter səthində olan məşhur böyük ləkənin yaxınlığında əks olunub. Təqdim edilmiş 2 foto bir-birindən fərqlənir. Belə ki, James Webb-in NIRCam adlı kamerası kosmik obyektlərə müxtəlif işıq dalğalarında nəzər yetirmək üçün müxtəlif filtrlərdən istifadə edir.
        Kosmik teleskopun təchizatlarının yoxlanışı zamanı alimlər əmin olmaq istəyiblər ki, teleskop Günəş sisteminin yüksək sürətlə hərəkət edən obyektlərini rahat şəkildə izləyə biləcək. Bunun üçün alimlər 9 kosmik obyekt seçiblər və onların arasında ən aşağı hərəkət sürətinə sahib olanı məhz Yupiter planeti olub. Alimlərin sözlərinə əsasən onlar teleskopun, planetlərin halqaları və peykləri kimi özəlliklərinin detallı fotolarını təqdim edə biləcəyinə şübhə ilə yanaşırdılar. Lakin məlum olub ki, kosmik teleskop bu cür tapşırığın öhdəsindən çox yaxşı gəlir. Alimlər bildiriblər ki, yeni kosmik teleskop həmçinin Yer kürəsinə yaxın olan asteroidləri və planetimizin yaxınlığından keçən meteorları da müşahidə edə bilər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər