main-post-cover

    Marsda enerjinin effektiv əldə edilməsi üsulu təklif edilib

    Süni İntellekt
    25.12.2022
    Emil Nəcəfov
        Alimlər Mars planetinin iqliminin kompüter modelləşdirilməsini aparıblar. Bu üsulla onlar Marsda külək turbinlərinin yerləşdirilməsinin nə dərəcədə effektiv olduğunu öyrənmək istəyiblər. Məlum olub ki, Marsda külək turbinlərinin inşası 100%-lik faydalı iş əmsalı sərgiləyə bilər. Bu cür turbinlərdən əldə ediləcək enerji miqdarı isə il ərzində 6 nəfərdən ibarət tədqiqat qrupunun yaşaması üçün kifayət edə bilər. Günəş enerjisini Marsda ekvatora yaxın regionda əldə etmək olar. Lakin planetin qütblərində digər enerji mənbələrindən istifadə etmək lazım gələcək. Mütəxəssislər öz yeni tədqiqatlarında göstəriblər ki, düzgün şəkildə yerləşdirilmiş külək turbinləri 6 nəfərdən ibarət tədqiqat qrupunu elektrik enerjisi ilə təmin edə bilərlər.
        Bu halda onlar il ərzində Marsda şüalanma ilə bağlı radiasiya risklərinə fikir vermədən yaşaya və çalışa bilərlər. Mütəxəssislər Mars ərazisinin müxtəlif sahələrində 100%-lik faydalı iş əmsalına sahib ideal külək turbini və Yer kürəsində istifadə edilən 4 növ külək generatoru vasitəsilə əldə edilə biləcək maksimal enerji gücünü hesablayıblar. Əldə edilmiş məlumatları onlar 500 Mars gününü əhatə edəcək missiya çərçivəsində istifadəsi güman edilən enerji ehtiyacı ilə müqayisə ediblər. Məlum olub ki, külək enerjisi əsasən gecə və Günəş işığını bloklayan güclü toz tufanları zamanı Günəş enerjisini tamamlamaqla yanaşı Marsın bəzi ərazilərində Günəş enerjisini tamamilə əvəz edə bilər.
    Linki kopyala