Logo
    main-post-cover

    Meta superzəkanın yaradılması üçün xüsusi laboratoriyasını formalaşdırıb

    Süni İntellekt
    02.07.2025
    Emil
         Meta şirkətinin rəhbəri Mark Zuckerberg süni zəkanın növbəti nəslinin inkişafı ilə məşğul olacaq yeni bölmə - Superintelligence Labs-ın (MSL) yaradıldığını elan edib. Bu laboratoriyaya Scale AI şirkətinin keçmiş baş direktoru Alexandr Wang GitHub-un sabiq rəhbəri Nat Friedman rəhbərlik edəcəklər. Yeni struktur əsas süni zəka modelləri üzərində çalışan komandaları - o cümlədən açıq platforma olan Llama, Meta-nın məhsulları və Fundamental AI Research (FAIR) layihələrini - birləşdirəcək. Bildirilir ki, Meta OpenAI Google ilə rəqabət fonunda süni zəka komandalarını fəal şəkildə gücləndirməyə davam edir. İyun ayında şirkət Alexandr Wang və onun həmkarlarını işə götürüb, Scale AI-yə isə 14.3 milyard dollar investisiya yatırıb.
         Layihəyə həmçinin daha əvvəl OpenAI-nin həmtəsisçisi Ilya Sutskever tərəfindən yaradılmış Safe Superintelligence startapına rəhbərlik etmiş Nat Friedman və onun tərəfdaşı Daniel Gross da qoşulublar. Meta həmin startapı almağa cəhd etsə də, rədd cavabı alıb. Zuckerberg çıxışında qeyd edib ki, Meta superzəka yaratmaq sahəsində lider olmağa çalışır və bu, bəşəriyyət üçün yeni bir dövrün başlanğıcı olacaq. Wang və Friedman-la yanaşı, komandaya GPT-4oGemini layihələrinin aparıcı tərtibatçıları da daxil olublar.
         Onların arasında GPT-4o-nun səs rejiminin yaradıcıları, şəkil generasiya arxitekturası üzrə mühəndislər və neyron şəbəkələrin öyrədilməsi üzrə mütəxəssislər də yer alırlar. Bildirilib ki, şirkət Llama 4.14.2 modellərinin inkişafını davam etdirəcək. Bu modellər artıq Meta-nın 1 milyarddan çox istifadəçisi olan məhsullarında tətbiq olunur. Eyni zamanda, növbəti nəsil süni zəka modelləri üzərində də iş başlayacaq. Zuckerberg vurğulayıb ki, Meta süni zəkanı geniş miqyasda tətbiq etmək üçün unikal resurslara malikdir. Bunlara hesablayıcı güc və geniş istifadəçi bazası üçün məhsullar yaratmaq təcrübəsi daxildir. O həmçinin əminliyini ifadə edib ki, istedadlı mütəxəssislərin axını hər bir istifadəçi üçün fərdi superzəkanın daha sürətli inkişafına imkan verəcək.
    Paylaş