Microsoft termonüvə reaktorunun hazırlanmasını sifariş edib

Microsoft termonüvə reaktorunun hazırlanmasını sifariş edib

Süni zəka və Elm
11.05.2023 PAYLAŞIM

    Microsoft Helion Energy adlı şirkət ilə müqavilə bağlayıb. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən Helion Energy şirkəti 2028-ci ilə kimi Microsoft üçün kommersiya məqsədli işlək termonüvə reaktoru hazırlamalıdır. Qeyd etmək lazımdır ki, idarə olunan termonüvə sintezi reaksiyası artıq uzun illərdir ki, alimlərin arzuladıqları bir nailiyyətdir. Söhbət, ekoloji təmiz sonsuz enerji mənbəyindən gedir. Helion Energy-nin fikrincə o həqiqətən də 2028-ci ilə qədər bu cür termonüvə reaktorunu hazırlaya biləcək. Müqaviləyə əsasən hazırlanacaq termonüvə reaktoru minimum 50 meqavatt elektrik enerjisi istehsal etməlidir.

    Tapşırıq olduqca qəlizdir. Alimlərin ən optimistik proqnozlarına əsasən termonüvə əsaslı elektrostansiyalar ən yaxşı halda ya bu onilliyin sonunda ya da növbəti onilliklərdə istifadəyə veriləcəklər. Helion Energy-nin uğuru şirkətin qısa müddət ərzində texnoloji sıçrayışa nail olub-olmayacağından asılıdır. Bunun olacağı halda şirkət daha sonra texnologiyanı bazarda təqdim etməli və digər enerji mənbələri ilə müqayisədə onu qiymət baxımından rəqabətcil hala gətirməlidir. Təbii ki, təyin edilmiş müəyyən məqsədlərin 2028-ci ilə kimi yerinə yetirilmədiyi halda şirkətə qarşı maliyyə sanksiyaları tətbiq ediləcək.




DAHA ÇOX


Virtual testlərdə süni zəka hərbi obyekti məhv etməyi qadağan etmiş operatora hü..

İT sahənin müxtəlif mütəxəssisləri potensial təhlükələrdən yayınmaq üçün hələ bir neçə müddət bundan..


Süni zəka keçən ay təkcə ABŞ-da 3900 nəfər işçinin ixtisarına səbəb olub..

İT sahənin mütəxəssisləri son zamanlardan dəfələrlə qeyd edirlər ki, süni zəka sistemlərinin inkişaf..


Yeni tədqiqata əsasən qalaktikamızda həyat üçün münbit şəraitə sahib yüz milyonl..

Alimlər Gaia və Kepler teleskopları vasitəsilə əldə edilmiş məlumatları analiz edərək bu cür nəticəy..


Qədim qalaktikada yeni ulduzların formalaşmasını dayandırmış super kütləli qara ..

Alimlər James Webb kosmik teleskopundan istifadə edərək GS-9209 adlı qədim qalaktikada yeni nəhəng q..


Süni zəka üzrə aparıcı mütəxəssislər öz məhsullarını nüvə silahı səviyyəsində tə..

OpenAI, Google DeepMind, Anthropic və süni zəka sahəsində faəliyyət göstərən digər şirkətlərin rəhbə..

×