Logo
    main-post-cover

    Ölüləri süni intellektlə "dirildib" söhbət etmək mümkün olacaq!

    Süni İntellekt
    19.12.2024
    Farid

         Süni zəka artıq həyatımızın hər sahəsinə daxil olmağa davam edir. İndi isə Life’s Echo adlı şirkət tərəfindən təqdim olan süni intellekt xidməti vasitəsilə vəfat etmiş insanlarla canlı bir şəxs kimi söhbət etmək mümkün olacaq.

         Life’s Echo adlı bir şirkət süni intellektdən istifadə edərək vəfat etmiş yaxınlarınızla söhbət etmə imkanı təqdim edən bir xidmət hazırlayıb. Lakin bu yenilikçi layihə, eyni zamanda etik mübahisələrə də yol açır. Layihə ciddi hazırlıq işləri tələb edir və nəsillərə ötürüləcək bir “rəqəmsal insan” modeli yaradır.
         Layihə, insanların həyat hekayələrini, səslərini və xarakter xüsusiyyətlərini qeyd edərək bir növ rəqəmsal surət hazırlayır. Bu prosesdə Sarah adlı virtual bir müsahib iştirak edir. Sarah insanlara uşaqlıq, karyera, ailə və xüsusi xatirələr kimi mövzularda dərin suallar verir. Ümumilikdə minlərlə suala cavab verildikdən sonra Life’s Echo bu məlumatları analiz edir və insanın səsini və hekayələrini ehtiva edən rəqəmsal model yaradır. Bu model, sadəcə insanların şəxsiyyətini qeydə almaqla yanaşı suallara cavab verə bilən və interaktiv şəkildə ünsiyyət qura bilən bir struktur da təşkil edir.
          Yaradılan bu “AI Echo” istifadəçilərə illər sonra belə vəfat etmiş yaxınları ilə emosional bağ qurmağa imkan yaradır. Məsələn, bir uşaq illər sonra bu modelə “Mən doğulduğum zaman nə hiss etdin?” deyə sual verdikdə, süni intellekt real bir cavab təqdim edir. Bunun ailə üzvləri üçün həm emosional təsəlli, həm də keçmişi öyrənmək baxımından böyük bir yenilik olduğu iddia edilir. Life’s Echo-nun CEO-su Ruth Endacott bu texnologiyanı “nəsillərə xatirələrimizi və həyatımızı ötürməyin bir yolu” kimi təsvir edir. Endacott, bir çox insanın cəmi bir neçə nəsildən sonra tamamilə unudulduğunu vurğulayaraq, bu texnologiyanın bu boşluğu doldurmağı hədəflədiyini bildirir.
    Paylaş
    Bənzər xəbərlər
    6-yasli-usagin-17-hekim-terefinden-care-tapila-bilmeyen-xesteliyini-suni-intellekt-hell-edib
    Süni İntellekt

    6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!

    4 yaşından ağrılarla yaşamağa başlayan və 3 il ərzində 17 müxtəlif həkimə müraciət etsə də, bu ağrılardan xilas ola bilməyən Alex-ə kömək edən ChatGPT onun həyatını xilas edib.
    microsoft-yaxin-illerde-suni-zeka-brauzelreri-ve-axtaris-sistemlerini-evez-edecek
    Süni İntellekt

    Microsoft: "Yaxın illərdə süni zəka brauzelrəri və axtarış sistemlərini əvəz edəcək"

    The Verge saytına müsahibəsi çərçivəsində Microsoft şirkətinin süni zəka üzrə şöbəsinin rəhbəri Mustafa Suleyman generativ süni zəkanın gələcək inkişafı ilə bağlı fikirlərini səsləndirib.
    tedqiqatcilar-virtual-realliqdaki-qidalarin-dadini-ala-bileceyimiz-lolipop-hazirlayiblar
    Elm & Texnologiya

    Tədqiqatçılar virtual reallıqdakı qidaların dadını ala biləcəyimiz lolipop hazırlayıblar!

    İnkişaf edən texnologiya heyrətamiz ixtiralara yol açır. Alimlər virtual reallıqda dad hissini yaşamağa imkan verən, lolipopa bənzəyən cihaz hazırlayıblar. Bu cihaz, elektrik axını ilə dad hissini ötürə bilir.
    openai-in-video-hazirlayan-suni-intellekti-sora-istifadeye-verilib
    Süni İntellekt

    OpenAI-ın video hazırlayan süni intellekti Sora istifadəyə verilib!

    OpenAI-ın uzun müddətdir gözlənilən video hazırlama aləti olan Sora nəhayət istifadəyə təqdim edilib. ChatGPT Plus və Pro istifadəçiləri artıq ultra realistik videolar yarada biləcəklər.
    chatgpt-su-ehtiyatlarini-istehlak-edir-mehsuldar-suni-intellekte-qarsi-tedbirler-gorulmelidir
    Süni İntellekt

    "ChatGPT su ehtiyatlarını istehlak edir, məhsuldar süni intellektə qarşı tədbirlər görülməlidir"

    Son 2 ildir insanların kütləvi şəkildə məhsuldar süni intellekt robotlarına yönəlməsi ətraf mühitə mənfi təsir edir. Nəhəng çip istehsalı, sərf olunan enerji ilə yanaşı su istehlakı da böyük miqyaslara çatıb.