Logo
    main-post-cover

    OpenAI GPT-5.6 Sol modelini 14 dəfə sürətləndirən Ultrafast rejimini təqdim edib

        OpenAI ən güclü süni intellekt modelini eyni zamanda daha sürətli etməyə hazırlaşır. Şirkət GPT-5.6 Sol modelini adi işləmə sürətindən 14 dəfəyə qədər daha sürətli çalışdıra bilən yeni Ultrafast API rejimini təqdim edib. Yeni rejimdə GPT-5.6 Sol saniyədə təxminən 750 çıxış tokeni yarada bilir. Bu sürətin əldə olunmasında əsas rol isə ənənəvi Nvidia GPU-larından fərqli arxitekturaya malik Cerebras çiplərinə məxsusdur. Ultrafast ayrıca yeni süni intellekt modeli deyil. İstifadəçilər yenə GPT-5.6 Sol modelindən istifadə edirlər, sadəcə model xüsusi Cerebras infrastrukturu üzərində daha yüksək sürətlə işləyir.
    OpenAI is getting weird again
        OpenAI avqustun 13-də Ultrafast rejimini məhdud sayda müştəri üçün ilkin sınaq mərhələsində istifadəyə verib. Şirkət mövcud hesablama gücü artdıqca xidmətə çıxışı genişləndirməyi planlaşdırır. İndiyə qədər süni intellekt xidmətlərində sürət və modelin imkanları arasında müəyyən seçim etmək lazım gəlirdi. Daha mürəkkəb düşünmə və analiz tələb edən güclü modellər adətən daha gec cavab verir, sürətli cavab üçün isə daha kiçik modellərdən istifadə edilirdi. OpenAI Ultrafast ilə bu fərqi azaltmağa çalışır. Məqsəd GPT-5.6 Sol səviyyəsində mürəkkəb tapşırıqları həll edə bilən modelin cavablarını demək olar ki, real vaxt rejimində təqdim etməkdir.
        Bu xüsusilə AI agentləri üçün əhəmiyyətlidir. Məsələn, bir tapşırığı yerinə yetirmək üçün ardıcıl olaraq onlarla əməliyyat aparmalı olan AI agentinin hər mərhələdə uzun müddət düşünməsi ümumi prosesi xeyli ləngidir. Cavab müddətinin ciddi şəkildə azalması isə belə sistemlərin real məhsullarda daha rahat istifadəsinə imkan yarada bilər. OpenAI Ultrafast rejimini sistem nasazlıqlarının araşdırılması və proqramlaşdırma, maliyyə analizi, fırıldaqçılığın aşkarlanması, real vaxt rejimində müştəri xidməti, səsli AI sistemləri və elektron ticarət kimi sürətin kritik olduğu sahələr üçün nəzərdə tutur.    
    Paylaş