Logo
    main-post-cover

    OPPO şirkəti AndesGPT adlı süni zəka sistemini təqdim edib

    Süni İntellekt
    28.12.2023
    Emil
         OPPO şirkəti öz süni zəka sistemini və onun əsasında çalışacaq çat-botu anons edib. Beləliklə şirkətin süni zəka sistemi AndesGPT adını əldə edib. Sözügedən sistem 3 versiyada təqdim olunub. Titan, turbotiny. Titan adlı versiya özündə 180 milyard parametri, turbo adlı versiya özündə 70 milyard parametri, tiny adlı versiya isə özündə 7 milyard parametri birləşdirir. Titan ilə turbo-nun çalışmaları üçün internetə qoşulmaq şərtdir. Lakin tiny adlı versiya lokal şəkildə cihaz tərkibində çalışa bilər. OPPO bildirib ki, AndesGPT 4 əsas funksiyanı yerinə yetirə bilir.
         Belə ki, sözügedən süni zəka sistemi nitqi mətn formatına çevirə, təbii dili başa düşə, fotoları tərtib edə və hər hansısa məlumatın tərkib hissəsini qısa şəkildə ümumiləşdirə bilir. Məlumatda qeyd edilib ki, AndesGPT 512x512 piksel keyfiyyətli fotonu 6 saniyəyə tərtib edir. Bununla yanaşı o, 14 000 sözdən təşkil edilmiş məqalənin qısa ümumiləşdirməsini tərtib edir. Gözləntilərə əsasən AndesGPT aktiv şəkildə OPPO smartfonlarına inteqrasiya ediləcək. Lakin sözügedən süni zəka sisteminin Çin bazarından kənarda istifadəyə veriləcəyi şübhə altındadır.
    Paylaş