Logo
    main-post-cover

    Proton-un məxfilik yönümlü Lumo çatbotu artıq şəkil yarada bilir

        Məxfilik və təhlükəsizlik xidmətləri ilə tanınan Proton süni intellekt əsaslı çatbotu Lumo üçün indiyə qədərki ən böyük yeniləməni təqdim edib. Təxminən bir il əvvəl istifadəyə verilən Lumo 2.0 versiyası ilə artıq şəkil yaratmaq, şəkilləri analiz etmək və redaktə etmək imkanları qazanıb.
    I (Briefly) Tried Proton Lumo's New AI Workspaces
        Şirkətin açıqlamasına görə, Lumo 2.0-da şəkillərlə bağlı bütün söhbətlər əvvəlki kimi "zero-access encryption" texnologiyası ilə qorunur. Bu isə o deməkdir ki, istifadəçilərin məlumatlarına nə üçüncü tərəflər, nə də Proton-un özü giriş əldə edə bilir. Məlumatlar yalnız istifadəçinin cihazında əlçatan olur. Yeni versiya yalnız şəkil funksiyaları ilə məhdudlaşmır. Lumo 2.0 həmçinin "Thinking Mode" adlı düşünmə və məntiq yürütmə rejimi ilə təchiz edilib. Proton bildirir ki, Lumo 2.0 Lite modeli süni intellekt modellərinin performansını ölçən Artificial Analysis Intelligence Index testində əvvəlki Lumo 1.4 versiyası ilə müqayisədə 127 faiz daha yüksək nəticə göstərib. Daha güclü Lumo 2.0 Max modeli isə eyni testdə 240 faiz daha yüksək nəticə əldə edib.
        Bundan əlavə, yenilənmiş Lumo daha geniş kontekst anlayışına malikdir. Çatbot artıq internetdən daha əhatəli məlumat toplaya, ən son məlumatları təqdim edə və cavablarında mənbələrə istinad göstərə bilir. Lumo 2.0 artıq bütün istifadəçilər üçün əlçatandır. Platformanın əsas süni intellekt funksiyaları pulsuz olaraq qalır. Lakin limitsiz söhbətlər, inkişaf etmiş şəkil yaratma imkanları və Proton-un daha güclü AI modellərinə giriş əldə etmək istəyən istifadəçilər aylıq 10 dollar dəyərində olan Lumo Plus abunəliyinə qoşulmalıdırlar.
        Proton-un təsisçisi və baş icraçı direktoru Andy Yen bildirib ki, Lumo 2.0 tamamilə yenidən hazırlanıb və yeni düşünmə rejimi onu əvvəlkindən xeyli daha güclü edib. Onun sözlərinə görə, bir çox istifadə ssenarilərində istifadəçilər artıq Lumo ilə bazarın aparıcı süni intellekt modelləri arasında ciddi keyfiyyət fərqi hiss etmirlər.
    Paylaş