Runway, film tarixində cığır açacaq yeni Act-One alətini təqdim edib! (VİDEO)
Süni İntellekt
24.10.2024
Farid Pardashunas
Film dünyasında tarixi bir dönüş nöqtəsinə yaxınlaşılır. Süni intellekt şirkəti Runway, Act-One aləti ilə üz ifadələrini çəkmək və digər personajlara köçürməkdə qeyri-adi uğur nümayiş etdirir.
ABŞ mərkəzli süni zəka aləti Runway, "Act-One" adlandırdığı yeni funksiya ilə üz mimikaların tutulmasında inqilab edir. İstifadəçilər istənilən video mənbəsindən, o cümlədən ağıllı telefon kamerasından öz üz ifadələrini qeydə ala və bu ifadələri süni personajlara ötürə bilərlər. Üstəlik, bu proses daha əvvəl görünməmiş dəqiqliklə həyata keçirilir. Müvafiq videonu aşağıdan izləyə bilərsiniz.
Runway-in bloq paylaşımına görə, bu pulsuz alət, mərhələli şəkildə bütün istifadəçilərə təqdim edilməyə başlanıb. Lakin "Act-One" funksiyasına giriş, şirkətin bu il təqdim etdiyi Gen-3 Alpha video istehsal modeli vasitəsilə mümkündür. Bu model mətn, şəkil və ya video kimi məlumatlardan istifadə edərək süni səhnələr yaradır. Runway-in bu yeniliyi film istehsalçıları, animatorlar və oyun inkişaf etdiriciləri üçün böyük imkanlar yaradır. Çünki məlum olduğu kimi, ənənəvi üz animasiyası yaratma və tutma prosesləri olduqca mürəkkəbdir və buna müvafiq olaraq çox baha başa gəlir. "Act-One" ilə bu proses xeyli sadələşir. İstifadəçilər sadə bir video ilə performanslarını süni personajlara ötürə bilirlər. Bu, personajların göz təması, mikro ifadələr və performansın bütün incəliklərini əks etdirməsinə imkan yaradır.
Runway-in son addımı təkcə texniki bir inkişaf deyil, eyni zamanda film sənayesi üçün də böyük əhəmiyyət daşıyır. Şirkət keçən ay Hollywood-un aparıcı studiyalarından Lionsgate ilə müqavilə bağlayaraq, studiyanın 20.000-dən çox film kataloqu üzərində xüsusi süni zəka video istehsal modeli yaradacağını açıqlamışdı. Bu müqavilənin ardınca "Act-One" bazara çıxarılır.
Bununla yanaşı, "Act-One"ın ən güclü tərəflərindən biri, müxtəlif kamera bucaqları və fokus məsafələrindən kino keyfiyyətində, realistik nəticələr təqdim etməsidir. Alət mürəkkəb səhnələrdə belə, aktyorun emosional dərinliyini və performans üslubunu orijinallığa sadiq qalaraq tuta bilir. "Act-One", həm də bir aktyorun bir neçə personajı canlandırmasına imkan yaradır. Bu isə xüsusilə yüksək səviyyəli istehsal resurslarının məhdud olduğu müstəqil film istehsalları üçün olduqca dəyərlidir. Runway, digər məhsulları kimi, "Act-One" alətini də geniş təhlükəsizlik tədbirləri ilə təmin edir. Şirkət, ictimai şəxslərin üz və səslərini tanıyan alətlərdən istifadə edir. Eyni zamanda, sui-istifadə hallarına qarşı da tədbirlərin görüldüyü bildirilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süni intellekt artıq heç bir müdaxilə olmadan təkbaşına kompüterləri idarə edə bilir!
Süni intellekt artıq heç bir müdaxilə olmadan təkbaşına kompüterləri idarə edə bilir!
Anthropic-in Claude AI üçün yeni "kompüter istifadəsi" funksiyası tərtibatçıların istifadəsinə verilib. Adından da göründüyü kimi, bu funksiyanın köməyi ilə süni zəka, kompüteri müstəqil şəkildə idarə edə bilir.
96% doğruluq payı ilə xərçəng xəstələyini aşkarlaya bilən süni intellekt hazırlanıb!
96% doğruluq payı ilə xərçəng xəstələyini aşkarlaya bilən süni intellekt hazırlanıb!
Süni intellekt inkişaf etdikdə həyatımıza müxtəlif faydaları da toxunmağa davam edir. İndi isə Harvard Universitetində çalışan alimlər, dünya tarixini dəyişdirə biləcək bir model üzərində işləyirlər.
Robot tərəfindən hazırlanmış rəsm hərraca çıxarılacaq
Robot tərəfindən hazırlanmış rəsm hərraca çıxarılacaq
Sotheby’s adlı hərrac evi 31 oktyabr tarixində Digital Art Day Auction adlı online hərracı təşkil edəcək. Baş tutacaq bu online hərrac rəqəmsal incəsənətə həsr edilib.
ChatGPT-də bütün məhdudiyyətləri aradan qaldıran "prompt" kəşf edilib!
ChatGPT-də bütün məhdudiyyətləri aradan qaldıran "prompt" kəşf edilib!
Texnologiya dünyasının simvolik fiquru olan OpenAI-nın söhbət robotu ChatGPT-də istifadə etdiyi süni intellekt modeli GPT-4 üçün bütün məhdudiyyətləri aradan qaldıran yeni bir "prompt" kəşf edilib.
Tarixdə ilk dəfə bir universitet "ev tapşırıqlarını süni intellektlə edən tələbəyə" az bal verdiyinə görə, məhkəməlik olub!
Tarixdə ilk dəfə bir universitet "ev tapşırıqlarını süni intellektlə edən tələbəyə" az bal verdiyinə görə, məhkəməlik olub!
Süni intellekt həyatımızın hər sahəsinə nüfuz etdikcə hüquqi prosesləri də qaçılmaz olur. Bu dəfə isə bir ailə ev tapşırığına görə, universiteti məhkəməyə verib.
Həftənin xəbərləri
WhatsApp-da çat siyahılarının yaradılması funksiyası istifadəyə verilib
Dünyanın ən təhlükəli sosial media platforması açıqlanıb!