Logo
    main-post-cover

    Sam Altman ChatGPT-nin nə qədər "su içdiyinə" dair açıqlama verib!

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Sam Altman bu həftə Hindistanda keçirilən AI sammitində süni intellektin ekoloji təsiri ilə bağlı artan narahatlıqlara münasibət bildirib. O, xüsusilə ChatGPT-nin su və enerji istifadəsi ilə bağlı sosial mediada yayılan iddiaları “tamamilə reallıqdan uzaq” adlandırıb.
    Thirsty' ChatGPT uses four times more water than previously thought
        Onun sözlərinə görə, “ChatGPT-dən istifadə etməyin, hər sorğu üçün 17 gallon su sərf olunur” kimi fikirlər “tamamilə uydurmadır”. O bildirib ki, əvvəllər bəzi məlumat mərkəzlərində buxarlanma əsaslı soyutma sistemlərindən istifadə olunurdu və su istehlakı real problem idi. Lakin hazırda bu metoddan geniş şəkildə istifadə edilmir. Altman etiraf edib ki, süni intellektin ümumi enerji istehlakı ilə bağlı narahatlıq “ədalətlidir”. Onun fikrincə, məsələ bir sorğunun nə qədər enerji sərf etməsində deyil, dünyada AI istifadəsinin sürətlə artmasındadır. O qeyd edib ki, bu artım fonunda bəşəriyyət daha sürətli şəkildə nüvə, külək və günəş enerjisinə keçid etməlidir.
        Hazırda texnologiya şirkətləri üçün enerji və su istifadəsini açıqlamaqla bağlı hüquqi öhdəlik yoxdur. Bu səbəbdən alimlər məlumat mərkəzlərinin real təsirini müstəqil şəkildə araşdırmağa çalışırlar. Eyni zamanda, bəzi regionlarda data mərkəzlərinin elektrik qiymətlərinin artmasına təsir etdiyi də bildirilir.
    Paylaş