Logo
    main-post-cover

    Süni intellekt indi də ölmüş heyvanları danışdırır!

    Süni İntellekt
    15.10.2024
    Aslan

         Cambridge Universitetinin Zoologiya Muzeyində başlanan yenilikçi bir süni intellekt layihəsi ölü heyvanları danışdırır. Muzeyin kolleksiyasındakı müxtəlif heyvanlar bu layihə sayəsində ziyarətçilərlə səsli və ya yazılı şəkildə ünsiyyət qura bilirlər.

         Amerika tarakanından qırmızı pandaya, bir finval balinasının skeletindən nəsli kəsilmiş dodo quşuna qədər geniş bir spektrdə sərgilənən heyvanlar, artıq həyat hekayələrini və təbiətlə bağlı təcrübələrini istifadəçilərlə bölüşə bilirlər. Layihə, Nature Perspectives adlı bir şirkət tərəfindən hazırlanmış süni intellekt modelləri ilə həyata keçirilmişdir. Bu modellər, sərgilənən heyvanların yaşadıqları məkanlar, təbii mühitləri və muzey kolleksiyasına necə daxil olduqları kimi məlumatları ziyarətçilərə çatdırmaq üçün proqramlaşdırılmışdır. Süni intellekt texnologiyası isə heyvanların insanlarla daha yaxşı əlaqə qurmasına yardım etməyi hədəfləyir.
         Muzeyin direktor müavini Jack Ashby, layihənin məqsədinin süni intellekti obyektlərin baxış bucağından danışdırmaq olduğunu qeyd edir. Ashby, “Bu heyvanlara bir səs verdikdə, insanların onlara baxışının dəyişib-dəyişmədiyini görmək istəyirik” deyə bildirib. Layihə, həmçinin ziyarətçilərin bu heyvanlarla etdikləri danışıqları analiz etməyi də planlaşdırır. Bu yolla muzey, insanların sərgilənən heyvanlardan nəyi öyrənmək istədiyini daha yaxşı başa düşəcək. Ashby bu modelin, sərgilənən heyvanlara şəxsiyyət qatdığını vurğulayaraq, “Əvvəllər 'harada yaşamısan?' və ya 'necə ölmüsən?' kimi suallar verirdim, lakin sonradan daha insani suallara keçdim” deyə bildirib.
    Paylaş