Logo
    main-post-cover

    Süni zəka əsaslı Midjourney V1 adlı video generator istifadəyə verilib (VİDEO)

    Süni İntellekt
    19.06.2025
    Emil
         Süni zəka əsaslı təsvir generasiyası sahəsində ən məşhur startaplardan biri olan Midjourney şəkillərdən videolar yaradan V1 modelinin istifadəyə verildiyini elan edib. Şirkətin digər modellərində olduğu kimi, V1 də yalnız Discord üzərindən və yalnız onlayn şəkildə əlçatandır. “Video modelimiz V1-i təqdim edirik. O, əyləncəli, sadə və gözəldir. Aylıq 10$ müqabilində əlçatandır. Bu, hər kəs üçün nəzərdə tutulan və dərhal istifadə oluna bilən ilk video modeldir” - Midjourney-in sosial şəbəkə X-dəki hesabında bildirilib. V1 modeli OpenAI-nin Sora, Runway-in Gen 4, Adobe-un FireflyGoogle-un Veo 3 kimi videogenarasiya modellərinə rəqib olacaq. Midjourney xüsusilə vurğulayıb ki, əksər şirkətlər kommersiya yönümlü modellər hazırlamağa fokuslandıqları halda, onlar ilk növbədə yaradıcı auditoriyaya yönəlmiş fəaliyyət göstərirlər.
         Mütəxəssislərin fikrincə, Midjourney tərəfindən yaradılan təsvirlərdə olduğu kimi, V1 modeli ilə hazırlanan videolar da bir qədər qeyri-real, digər dünyaya aid görünür və hiperrealist təsir bağışlamır. V1 ilə yaradılan videoların uzunluğu hazırda 5 saniyə ilə məhdudlaşır, lakin istifadəçi bu videonu 4 dəfə ardıcıl olaraq hər dəfə 4 saniyə uzada bilər. Beləliklə, yekun videonun uzunluğu maksimum 21 saniyəyə çata bilər. V1 modelini sınaqdan keçirmək üçün ən ucuz seçim, aylıq 10$ dəyərində olan və generasiya sayına məhdudiyyət qoyulan Midjourney-in əsas tarif planına abunə olmaqdır. V1-dən limitsiz istifadə etmək üçün isə aylıq 60$ olan Pro və ya 120$ olan Mega tarif planlarından biri seçilməlidir, hansı ki əlavə Relax rejimi də təqdim edir.
         Midjourney yaxın 1 ay ərzində tarif planları sistemini yenidən nəzərdən keçirməyi planlaşdırır. Şirkət qarşısına qoyduğu hədəfləri sadəcə Hollywood filmləri üçün keçid səhnələri və ya reklam çarxları yaratmaqla məhdudlaşdırmır. Midjourney-in rəhbəri David Holz-un sözlərinə görə, şirkətin əsas məqsədi real vaxtda açıq dünyanı modelləşdirə bilən süni zəka modelləri yaratmaqdır. Gələcək planlara həmçinin tam funksional 3D-renderinq üçün süni zəka modelinin hazırlanması da daxildir. Midjourney-in V1 modelinin istifadəyə verilməsi isə Hollywood-un iki tanınmış kinostudiyası olan DisneyUniversal tərəfindən şirkətə qarşı məhkəmə iddiası qaldırılmasından cəmi 1 həftə sonraya təsadüf edir. İddiada bildirilir ki, Midjourney modelləri müəllif hüquqları ilə qorunan personajların - məsələn, Homer Simpson Dart Vader kimi - təsvirlərini generasiya edir.
    Paylaş