Logo
    main-post-cover

    Tamamilə süni intellektlə hazırlanmış ilk qısametrajlı film təqdim edilib!

    Süni İntellekt
    27.06.2024
    Aslan

         OpenAI tərəfindən hazırlanan və süni intellektlə videolar yarada bilən Sora tərəfindən yaradılan ilk qısametrajlı film, işıq üzü görüb.

         Dünyaca məşhur oyuncaq şirkəti "Toys R Us", yeni reklam kampaniyası çərçivəsində OpeanAI-nin Sora adlı qabaqcıl video süni intellektindən istifadə edərək yeni bir ilkə imza atıb. “The Origin of Toys R Us” adlı qısametrajlı film, bizə brendin qurucusu Charles Lazarus-un uşaqlığını və şirkətin necə yarandığını qısa bir hekayə ilə göstərir.
         Toys R Us Studios və Native Foreign reklam agentliyi ilə birgə həyata keçirilən layihədə Open AI Sora, prosesin hər tərəfində fəal rol oynayıb. Layihənin hər mərhələsində, o cümlədən ssenarinin yazılması, vizual dizayn və bütün texniki detalların hazırlanmasında süni intellektdən istifadə edilib. Yuxarıdakı video ilə yarım dəqiqəlik treylerini izləyə biləcəyiniz filmin tam hissəsini bura klikləməklə izləyə bilərsiniz. Süni intellekt sənayesində yeni zəmin yaratması gözlənilən layihə, bu yeni texnologiyanın reklam sənayesindəki yaradıcı proseslərə necə inteqrasiya oluna biləcəyini də ortaya qoyur.
    Paylaş