Logo
    main-post-cover

    Uber Google üçün AI alətləri hazırlayan qrupu işdən çıxardı

        Uber Google-un sifarişi ilə süni intellekt alətləri üzərində çalışan bir qrup podratçını gözlənilmədən işdən azad edib. Business Insider-ın məlumatına görə, “Project Sandbox” adlı proqram çərçivəsində çalışan bu işçilər üç aylıq müqavilənin cəmi bir ayını tamamlamışdılar.
        Layihədə təxminən on nəfər çalışsa da, dəqiq neçə nəfərin ixtisar olunduğu açıqlanmayıb. Uber-in işçilərə göndərdiyi bildirişdə, müştərinin, yəni Google-un daxili prioritetləri dəyişdirdiyi və bunun layihənin dərhal dayandırılmasına səbəb olduğu qeyd olunub. Uber-in açıqlaması belə olub: “Müştəri daxili prioritetlərində dəyişiklik etdiyini bildirib və bu dəyişiklik proqram üzrə görülən işlərə birbaşa təsir göstərir”. İxtisarlar Google-un AI strategiyasındakı sürətli dəyişikliklərin davam etdiyi bir vaxtda baş verib.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Uber Google üçün AI alətləri hazırlayan qrupu işdən çıxardı | Technote