Logo
    main-post-cover

    Valve generativ AI ilə bağlı Steam qaydalarına aydınlıq gətirdi

        Technote.az “Game Developer” platformasına istinadən bildirir ki, Valve Steam platforması üçün generativ süni intellekt ilə bağlı qaydaları yeniləyib və daha aydın şəkildə təqdim edib. Yeni dəyişikliklərə əsasən, oyun tərtibatçıları yalnız iş prosesini sürətləndirmək üçün istifadə olunan “AI powered tools” (məsələn, kod köməkçiləri və ya daxili workflow alətləri) barədə açıqlama verməyə məcbur deyillər. Lakin AI vasitəsilə yaradılmış məzmun oyunun özündə və ya onunla bağlı materiallarda (marketinq vizualları, Steam store səhifəsi və s.) yer alırsa, bu artıq məcburi şəkildə açıqlanmalıdır. Bu tələblər iki əsas kateqoriyanı əhatə edir: AI ilə yaradılmış oyun məzmunu və oyun zamanı real vaxtda AI tərəfindən generasiya olunan məzmun.
    Why Did Valve Stop Making Games?
        Məsələni ilk dəfə GameDiscoverCo-nun müəllifi Simon Carless diqqətə çatdırıb. Onun qeyd etdiyinə görə, Valve əvvəlki qaydaları ciddi şəkildə yenidən yazaraq tərtibatçılar üçün daha aydın və anlaşılır çərçivə yaradıb. Yeni qaydalara əsasən, AI ilə yaradılmış məzmun üçün tərtibatçılar xüsusi mətn sahəsində istifadə etdikləri alətləri və məqsədi izah etməlidirlər. Əgər oyun özü oyunçuya AI tərəfindən yaradılan mətn, şəkil və ya digər kontent təqdim edirsə, bu da ayrıca seçim xanası vasitəsilə qeyd olunmalıdır.
    Paylaş